450 mindən çox yeni iş yeri açılacaq
“Strateji Yol Xəritəsi 2025-ci ilə qədər ÜDM-də 3%-dən çox orta illik real artım və əlavə olaraq da 450 mindən çox yeni iş yerinin yaradılmasını nəzərdə tutur”.
Bu barədə məlumat Azərbaycanın milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsində yer alıb.
Sənəddə qeyd edilib ki, Strateji Yol Xəritəsi çərçivəsində görülən, eləcə də digər əlavə tədbirlər və ümumi iqtisadi mühitin yaxşılaşması nəticəsində iqtisadi artım sürətinin yüksəlməsi yeni iş yerlərinin yaradılmasına xidmət edəcək.
Sənəd müəllifləri hesab edir ki, iqtisadiyyatın sektorları üzrə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində qeyri-rəsmi məşğulluğun payı azalacaq. Onların fikrincə, qeyri-neft sektoruna yönəldilmiş birbaşa xarici investisiyaların qeyri-neft ÜDM-dəki payının hazırkı 2,6%-lik göstəricidən 2025-ci ilə qədər 4%-ə çatdırılması mümkün olacaq.
Bundan başqa, qeyri-neft sektoru üzrə ixrac 2015-ci ildəki adambaşına 170 ABŞ dollarından 2025-ci ildə ən azı 450 ABŞ dollarına qaldırılması mümkün olacaq: “2015-ci ildə Azərbaycan iqtisadiyyatının idxal tələbi adambaşına 1000 dollara bərabər olub. İdxalı tarazlaşdırmaq üçün Azərbaycandan adambaşına 1500 dollar həcmində məhsul ixrac olunmuşdur ki, bunun da 90%-ni neft və qaz məhsulları təşkil edib. Mal və xidmətlərin idxalının ixrac ilə balanslaşdırılması iqtisadi müstəqillik və sabitlik üçün son dərəcə vacibdir, lakin neft qiymətlərindən asılılığı azaltmaq üçün daha çox qeyri-neft sektoru məhsullarının ixracına ehtiyac var”.
Sənəddə bildirilib ki, 2025-ci ilə qədər ticari mal və xidmətlər sektorunda, xüsusi ilə istehsal və ya turizm sektorlarında 150 min əlavə iş yerinin yaradılması kimi hədəflərə də nail olunacaq.
Sənəd müəllifləri dövlət büdcəsinin ARDNF-in transfertlərindən asılılığının azaldılmasını 4-cü hədəf kimi dəyərləndirir.
“Bu gün dövlət sektorunda xərclənən hər ikinci manat (təqribən 50 faizi) ARDNFdən edilən transfertlərin hesabına maliyyələşdirilir. Bu rəqəm 2025-ci ilə qədər 15%-ə endirilməlidir. ARDNF-in transfert edə biləcəyi məbləğ onun gəlirləri ilə, yəni neftin qiymətləri ilə sıx əlaqələndirilib. Bu asılılıq Azərbaycan iqtisadiyyatına neft qiymətlərindəki dəyişikliklərin ciddi təsirinin əsas səbəblərindən biridir. İqtisadiyyatda özəl investisiyaların payını artırmaq üçün sabit artım tempinin olması çox vacibdir və dövlət büdcəsinin Neft Fondunun transfertlərindən daha az asılı olmasını tələb edir”, - deyə sənəddə vurğulanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 32 d. əvvəl
-
- 43 d. əvvəl
-
1 saat əvvəl
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
- 1 saat əvvəl
-
1 saat əvvəl
Asiya İnkişaf Bankı Abşeron dairəvi xəttinin yenidən qurulmasına kömək edəcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Yeni ilə daha böyük bizneslə daxil olun: Unibank kampaniyanın müddətini uzatdı
- 2 saat əvvəl
-
2 saat əvvəl
Agentlik və Sahibkarlar Təşkilatının Milli Konfederasiyası Memorandum imzalayıb
-
3 saat əvvəl
Azərbaycan və Ermənistan nümayəndələri sərhəddə Zod mədəni ərazisinə baxış keçirib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanda avtomobil istehsalında tənəzzül böyüyür
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Qarabağdakı klinika üçün 4,7 milyon manatlıq mebel və avadanlıqlar alınır - QALİB "VIVA MEDICAL GROUP"DUR
Ən çox oxunanlar
Su təchizatı və kanalizasiya üzrə yarım qalmış işləri tamamlamaq 7,6 milyon manata başa gələcək
Azərbaycan neftinin son qiyməti
Prezident və birinci xanım Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Misin qiyməti tarixi ən yüksək səviyyədə
Azərbaycanda 75 milyon manata su kanalı qurulacaq
Gümüşün qiymətində yeni rekord
























.jpg)

