Şirkət 11 hektarda intensiv moruq bağı salıb
Son illər Göygöl rayonunda moruq təsərrüfatlarının yaradılmasına maraq xeyli artmışdır. İqtisadi cəhətdən gəlirli olan bu giləmeyvəni əsasən dağətəyi kəndlərdə yaşayan sakinlər yetişdirirlər.
Rayonda moruqçuluq üzrə bir neçə özəl təsərrüfat da yaradılmışdır. Onlardan biri Səmədli qəsəbəsi ərazisində fəaliyyət göstərən "FROZENİK" MMC-dir. 2023-cü ildə yaradılmış təsərrüfat tərəfindən 11 hektarda intensiv moruq bağı salınmışdır. Bağı daimi suvarma suyu ilə təmin etmək üçün ərazidə subartezian quyusu qazılmış, su hovuzu tikilmiş və su itkisinə yol verməmək üçün damcı suvarma qurğusu quraşdırılmışdır.
Təsərrüfatda hazırda "Polka", "Polana" və yerli moruq növləri yetişdirilir. "Polka" növü digərlərindən daha məhsuldar olduğu üçün təsərrüfatda onun yetişdirilməsinə üstünlük verilir. İl ərzində hər hektar sahədən orta hesabla 8-10 ton moruq yığımı proqnozlaşdırılır. Bu zaman təsərrüfata 50 nəfərədək işçi qüvvəsinin cəlb edilməsi nəzərdə tutulur.
Yetişdirilən məhsul hələlik ölkə daxilində satılacaq. Gələcəkdə isə onun ixracı da həyata keçiriləcək.
© "Azərbaycan"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























