Amazon iRobot-u almaqdan imtina etdi - 1,7 milyard dollarlıq müqavilə ləğv edildi
Amazon robot tozsoran istehsalçısı iRobot-ı almaq qərarından imtina edib. Amazon müqavilni ləğv etdiyi üçün iRobot-a 94 milyon dollar ödəməyə razılaşıb. iRobot-un mart ayının sonuna qədər işçilərinin təxminən 31 faizini işdən çıxaracağı gözlənilir.ABŞ-ın e-ticarət nəhəngi Amazon, robot tozsoran istehsalçısı iRobot-u 1,7 milyard dollara almaq qərarından imtina edib.
Marja.az xəbər verir ki, Avropa İttifaqı Komissiyası Amazon-a iRobot-u əldə etmək təklifinin robot tozsoranlar bazarında rəqabəti məhdudlaşdıra biləcəyi barədə ilkin rəyini bildirmişdi. Avropa İttifaqı rəsmiləri bu alışın rəqabətə mənfi təsir edəcəyini düşünürlər və buna görə birləşmə müsbət qarşılanmadı.
Amazon həmçinin müqavilənin ləğvinə görə iRobot-a 94 milyon dollar ödəməyə razılaşıb. Bundan sonra proses iki şirkət tərəfindən rəsmi olaraq dayandırılıb.
"Amazon-un iRobot-u satın almasının davam edə bilməməsindən məyus olduq", - Amazon-un baş vitse-prezidenti və baş müşaviri David Zapolsky deyib və əlavə edib:
"Biz ev robotlarının gələcəyinə inanırıq və həmişə istehlakçıları sevindirən iRobot məhsullarının pərəstişkarı olmuşuq. Onlar insanların həyatlarını yaxşılaşdırmaq üçün problemləri həll edirlər."
iRobot bildirir ki, satınalma əməliyyatının ləğv edilməsi yenidənqurma planı tələb edəcək. iRobot-un martın sonuna qədər şirkətin işçi qüvvəsinin təxminən 31 faizini işdən çıxaracağı gözlənilir.
iRobot-un baş direktoru Kolin Anql direktor vəzifəsindən istefa verib və iRobot-un baş hüquq direktoru Qlen Vaynşteyn müvəqqəti direktor təyin edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
14 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
















.jpg)


