Maliyyə dünyasının "heyvanları" və mənaları
Demək olar ki, tamamilə özünəməxsus bir dili olan maliyyə sektoru heyvanlar aləminə müraciət etməyi çox sevir. Bazarlardakı bir çox vəziyyəti və ya investor davranışlarını açıqlamaq üçün heyvanların davranış formaları, hücum üsulları və ya xarici görünüşləri ilə yaradılan oxşarlığa tez-tez müraciət edilir. Qısası, "Marja", maliyyə dünyasının 9 heyvanını və mənalarını təqdim edir.
AYI: Ayı həm müəyyən bir aktivin qiymətinin düşməsini gözləyən investorlar, həm də davamlı düşən bazarlar (qiymətlər) üçün istifadə edilir. Terminin tam olaraq haradan törədiyi bilinməsə də, ayının düşməninə hücum edərkən pəncələrini aşağı doğru istifadə etməsindən götürüldüyü güman edilir.

BUĞA: Buğa bazarı isə ayının tam əksidir; Yüksələn və ya yüksəlməsi gözlənilən bazarlar və qiymətlər üçün istifadə olunur. Yenə ayının əksinə, hücum edərkən buynuzlarını yuxarı istiqamətli istifadə etməsindən götürüldüyü deyilir.

QOYUN: Təxmin ediləcəyi kimi özünə məxsus bir investisiya strategiyası olmayan və ətrafının fikirlərini yeridərək investisiya qoyan yatırmcılar "qoyun" investor adlanır.

QIZIL BÖCƏK: Qızıla sərmayəyə və qızılın aktivlər üçün ölçüsü vasitəsi olaraq işlədilə bilinəcəyinə həddindən artıq güvənən, nikbin investorlar və iqtisadçılar üçün "qızıl böcək" (gold bug) termini istifadə edilir.

PİŞİK: "Ölü pişik sıçraması", ölü pişiyin yüksəkdən sürətlə düşdüyündə belə sıçraya biləcəyi fikri ilə, birjada görülən kəskin azalmalardan sonra yaranan müvəqqəti artımlar üçün istifadə edilir.

MARAL: Bir şirkətin səhmləri ilk dəfə açıq kütləvi satışa çıxarılan zaman, dərhal satmaq və artan qiymətlərdən qazanmaq niyyətilə səhm alan investorlar üçün istifadə edilir. Ancaq İngiltərədə daha çox istifadə edilən anlayışın haradan yarandığı da bilinmir.

ÖRDƏK: İngilis dilində "lame duck" kimi tanınan "şikəst ördək" ifadəsi əslində siyasətdən götürülmüş bir termindir. Birjada isə səhv qərarlar verərək böyük itki yaşayan treyderlərə deyilir.

CANAVAR: Xüsusən "The Wolf of Wall Street" filmilə məşhurlaşan bu təbir, ABŞ birjasının güclü treyderləri üçün istifadə edilir.

QARA QU: Reallaşması ehtimalı çox aşağı olsa da, bazarlarda böyük təsir yaradacaq hadisələrə "qara qu" deyilir.

Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
16 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 20 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















