“2023-də bankımıza daxil olan ödənişlərin məbləği 54,5 milyard manat təşkil edib"
“PAŞA Bank”a daxil olan ödənişlərin ümumi səviyyəsi 4 milyard manat artaraq 2023-cü ildə 54,5 milyard manat təşkil edib. POS-terminallar vasitəsilə nağdsız dövriyyənin artması hesabına təxminən 1,4 milyard manat artım baş verib.
Marja.az xəbər verir ki, bunu “PAŞA Bank”ın Baş icraçı direktoru və İdarə heyətinin sədri Cavid Quliyev bildirib.
Onun sözlərinə görə, bu, iqtisadiyyatın şəffaflaşdırılması və ölkədə maliyyə resurslarının dövriyyəsinin şəffaflığının artırılması məqsədilə bazar tənzimləyicilərinin həyata keçirdiyi uğurlu tədbirlərin birbaşa nəticəsidir.
Bankın sədri qeyd edib ki.2023-cü ilin yekunlarına əsasən, “PAŞA Bank”ın aktivləri 8,65 milyard manata qədər artıb, xalis mənfəət isə rekord həcmdə - 199,2 milyon manat təşkil edib., "PAŞA Bank"da korporativ və KOS müştərilərinin ümumi sayı ötən ilə nisbətən 13% artıb. 2023-cü ilin sonunda verilmiş biznes kreditlərinin portfeli isə 2,69 milyard manat həcmində olan rekord həddini ötüb.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 2 gün əvvəl
-
2 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
2 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
Fevralın 15-də gözlənilən hava şəraiti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir























