Azərbaycan barədə video-çarx Türkiyədə maraqla qarşılanıb
Azərbaycan Respublikasının Türkiyədəki Ticarət Nümayəndəliyi ölkəmizin ticarət və investisiya imkanlarının daha geniş tanıdılması məqsədilə işlər görür.
İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Azərbaycan Respublikasının Türkiyədəki Ticarət Nümayəndəliyi iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafı, qardaş ölkədə "Made in Azerbaijan" brendinin və Azərbaycandakı investisiya mühitinin təşviqi, ölkəmizin qeyri-neft ixracının artırılması istiqamətində fəaliyyətini davam etdirir.
2023-cü ilin iyun ayında fəaliyyətə başlayan Ticarət Nümayəndəliyi ötən il Türkiyədə dövlət və iş adamları ilə görüşlər keçirib, ölkəmizdə, xüsusilə də işğaldan azad edilmiş ərazilərimizdə mövcud olan investisiya imkanları, tətbiq olunan güzəştlər və stimullar barədə məlumat verib, türk iş adamlarından ibarət nümayəndə heyətlərinin Azərbaycana səfərlərini təşkil edib.
Hazırda Ticarət Nümayəndəliyi “Yabancı yatırım düşünüyorsanız, size yabancı olmayan Azerbaycana gelin” şüarı ilə qardaş ölkənin iş adamlarının məlumatlandırılması ilə bağlı işlər görür. Bu baxımdan nümayəndəlik tərəfindən ölkəmizin ticarət və investisiya imkanlarını daha dinamik və interaktiv şəkildə təqdim etmək üçün hazırlanmış video-çarx maraqla qarşılanır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 12 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















