Bakıdakı avtobus və velosiped zolaqları Milli Məclisdə tənqid olundu - "Zəhmət çəkib hesabatla çıxış etsinlər"
"Kor-koranə hər yerdə var, bizdə də olsun prinsipiylə yanaşmaq olmaz”Bizə “Avtomobil yolları haqqında” yeni qanun lazımdır.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, bizim yollar dəyişib, insanlar artıb:
“Yol və yollardan istifadə ilə bağlı müəyyən qaydalar tətbiq olunarkən ilk olaraq vətəndaşların rahatlığı, rifahı nəzərə alınmalıdır. Yollarda sürət həddinin müəyyənləşdirilməsi ilə bağlı məsələ var. Sürət məhdudiyyətləri qoyanlar bu günə qədər hesabat, müqayisəli təhlil təqdim etsinlər ki, sürət həddi endiriləndə nə qazanırlar, qəzalar nə qədər azalır, vətəndaş nə qədər vaxt qazanır? Sürət 110 km saat olanda qəza nə qədər olub, 90 km saat olanda nə qədər qəza olub? Zəhmət çəkib hesabatla çıxış etsinlər. Sürət həddini aşağı saldıqda yanacaq sərfiyyatı artır, özümüz özümüzü zəhərləyirik. Sürət həddinin azaldılması vətəndaşlarda stress yaradır və sağlamlığımıza təsir edir. Eyni məsələlər Bakı-Quba, Bakı-Gəncə yoluna da aiddir. Sürət həddi bu yollarda da 110-dan 90-a endirilib.
İkinci məsələ odur ki, indi şəhərdə yolları zolaqlamaq dəbi düşüb. Deyirlər avtobus yoluna girmək olmaz. Bu hərəkət yolun yükgötürmə qabiliyyətini artırmır, yollarda tıxacı azaltmır. Bu yaxınlarda Bakı-Sumqayıt yolunda yeni zolaq yaradıblar. Bu, tıxacları artırıb, əlavə problem yaradır.
Velosiped zolaqları yaradırıq, Qış Parkının yanında yeni velosiped yolu çəkiblər. Qış Parkıyla gedirsiniz, birdən zolaq qırılır, çünki kiminsə zirzəmisi, balkonu qabağa çıxır. Velosiped istifadəçisi də məcburdur ki, qırılan hissələrdə yenə avtomobil yoluna çıxsınlar. Bununla nəyə nail olmaq istəyirik, bəlli deyil? Yol zolağı genişləndirilmədən belə zolaqları çəkmək olmaz. Bununla məşğul olan subyekt zəhmət çəksin, hesabatı olsun. Kor-koranə hər yerdə var, bizdə də olsun prinsipiylə yanaşmaq olmaz”.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
13 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
















.jpg)


