İstiqraz sahiblərinin qazancı 10 milyon dolları ötdü
SOCAR İstiqrazlarının 9-cu kupon ödənişi edilib.
“SOCAR Capital” şirkətindən Marja.az-a verilən məlumata əsasən, nominal qiyməti 1000 ABŞ dolları, tədavül müddəti 5 il, illik gəlirliliyi 4,5% olan və faizləri rüblük qrafiklər əsasında ödənilən SOCAR İstiqrazlarının 9-cu faiz ödənişi 1 fevral 2024-cü il tarixində istiqraz sahiblərinin hesablarına köçürülüb.
Bakı Fond Birjasında yerləşdirildiyi 3 illik müddət ərzində ən çox investisiya edilən qiymətli kağıza çevrilmiş SOCAR İstiqrazları 9-cu kupon ödənişi nəticəsində sahiblərinə 1 milyon 125 min ABŞ dolları gəlir qazandırıb. Bununla da, istiqraz sahiblərinin ümumi qazancı 10 milyon 125 min ABŞ dollarına yüksəlib. (5 ilin yekununda toplam kupon gəliri 22,5 milyon ABŞ dolları təşkil edəcəkdir.)
Təkrar bazar əməliyyatları həcminin 40 milyon ABŞ dollarına çatması, bağlanmış əqd sayının 700-ə yüksəlməsi və ən çox ticarət olunan korporativ maliyyə aləti statusunu davam etdirməsi SOCAR İstiqrazlarına olan yüksək tələbatın göstəriciləridir.
1 və 5 saylı “ASAN xidmət” mərkəzləri və Azərbaycanda qeydiyyatdan keçmiş investisiya şirkətlərindən əldə edilməsi mümkün olan SOCAR İstiqrazları yüksək likvidliyə malikdir və qiyməti heç vaxt nominal dəyərindən (1000 ABŞ dolları) aşağı enməyib.
SOCAR İstiqrazlarının növbəti kupon ödənişi 1 may 2024-cü il tarixində baş tutacaq.
Xatırlatmaq istərdik ki, SOCAR İstiqrazları ilə bağlı rəsmi məlumatlar yalnız 1-5 saylı “ASAN xidmət” mərkəzləri, ölkəmizdə qeydiyyatdan keçən investisiya şirkətləri, yuxarıda qeyd olunan çağrı nömrəsi və rəsmi veb-saytlardan əldə edilə bilər.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
7 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























