Azərbaycanda toyların təşkilinə innovativ yanaşan startap xarici bazara çıxmağı planlaşdırır
"Incode" MMC xalqımızın milli adət-ənənələrinə dəyər verən və müasir dövrün nəbzini tutan bir startapdır. Bu startap toyların təşkili üçün tətbiqlər hazırlayıb həyata keçirir.
Şirkətin fəaliyyəti barədə danışan startap rəhbəri Həsən Tağıyev bildirib ki, ailə qurmağa hazırlaşan cütlüklər şirkətin qurduğu sayt vasitəsilə (toyda.az) nişan, xınayaxdı, xonça və toy mərasimlərini asanlıqla təşkil edə bilərlər.
Onun sözlərinə görə, startap bir il əvvəl təsis olunub və daim bazarın ehtiyaclarını nəzərdən keçirərək inkişaf edir.
“Apardığımız statistika onu göstərir ki, bizim tərəfdaşlar öz satışlarını artırıblar. Biz toy planlayan gənclər və toy biznesi ilə məşğul olan KOB-lar ilə müsahibələr və sorğular keçiririk, onların problemlərini həll etməyin yollarını tapırıq. Bir çox cütlüklər toy planlayan zaman, artıq açıqca dəvətnamə deyil, onun əvəzinə mesencerlər vasitəsilə hər tədbirdən qabaq (nişan, xınayaxdı, toy və s.) onlayn dəvətnamələr paylayır. Bunun üçün saytımıza daxil olub qonaqları bölməsi yaradıb, qonaqlarını dəvət edə bilərlər. Qonaqlar SMS vasitəsi ilə dəvətnamənin linkini alacaq və linkə keçid edərək tədbir haqqında ətraflı məlumat əldə edəcək, həmçinin, dəvətnaməyə cavab verə biləcəklər”, - deyə H.Tağıyev vurğulayıb.
Kiçik sahibkar toyda müşahidə olunan problemlərdən birinin də qonaqları müxtəlif masa arxasına əyləşdirməkdən ibarət olduğunu qeyd edərək, bu problemi aradan qaldırmaq üçün “ağıllı oturtma” planını təqdim etdiklərini bildirib. Onun sözlərinə görə, saytda tədbirin keçiriləcəyi məkanı (şadlıq sarayı və ya restoran) seçəndə dərhal həmin məkanın planı istifadəçiyə təqdim olunur:
“İstifadəçi məkanın ölçüsü, stolların forması, maksimal yerləşə biləcək stol sayını görür. Daha sonra istifadəçi qonaqları stollara yerləşdirə biləcək və ehtiyac olduqda planı yükləyə və ya çap edə bilər. Bundan əlavə, biz cütlüklərə büdcə, vaxt qrafikinin planlaşdırılması, görülməsi lazım olan işlərin siyahısı və s. çoxlu alətlər təqdim edirik. Ən əsası isə adıçəkilən alətlərin hamısı istifadəçi üçün pulsuz olacaq. Hazırda bu funksiyalar bizim komanda tərəfindən test olunur və gələn ay ərzində bütün bunları istifadəçilərə təqdim etməyi planlayırıq”.
Şirkətin komandasının yaxın zamanda saytda xüsusi bölmə yaradaraq toy ilə bağlı məqalələr paylaşmağı da düşündüklərini sözlərinə əlavə edən Həsən Tağıyev hədəflərinin yaxın gələcəkdə Türkiyə, Qazaxıstan, Özbəkistan və Rusiya bazarlarına çıxmaq olduğunu qeyd edib.
“Bizə keçən ilin fevral ayında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “Startap” şəhadətnaməsinin verilməsi isə gənc nəslin innovasiyalara marağını artırır və yeni şirkətlərin yaranmasına səbəb olur”, - deyə startap rəhbəri əlavə edib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 10 saat əvvəl
-
- 10 saat əvvəl
-
11 saat əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
14 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 14 saat əvvəl
-
14 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"






















