Çin yüklərinin Azərbaycan üzərindən daşınması artır - Orta Dəhlizdə canlanma
Cari ilin yanvar ayında Çinin Sian vilayətindən Azərbaycan istiqamətində 3-ü tranzit, 7-si idxal yükü olmaqla 10 konteyner blok qatar yola salınıb.
Azərbaycan Dəmir Yollarının yaydığı məlumatda bildirilir ki, tranzit rejimində göndərilən blok qatarlardan biri Çin–Qazaxıstan sərhədindən yola düşdükdən 10 gün sonra Gürcüstan limanlarına çatdırılıb. Tranzit yüklər, əsasən, texniki avadınlıqlardan ibarət olub və gəmilərdən birbaşa ADY qatarlarına boşaldılaraq Gürcüstanın Qara dəniz liman şəhəri Potiyə yola salınıb.
Qeyd edilib ki, 2024-cü ilin yanvar ayında 615 min ton tranzit yükü daşınıb. Bu, son 10 ilin ən yüksək göstəricisidir.
İdxal yüklərin Çin–Qazaxıstan sərhədindən hərəkətə başladıqdan sonra multimodal daşınma vaxtı isə 8 gün təşkil edib. Yüklər gəmilərdən birbaşa ADY-nin blok qatarlarına yüklənərək aidiyyəti təyinat məntəqələrinə çatdırılıb.
Hazırda 4-ü idxal, 2-si tranzit olmaqla daha 6 konteyner blok qatar Çindən Azərbaycan istiqamətində hərəkət edir. İdxal yüklərin eyni qaydada 8, tranzit yüklərin isə 10 gün ərzində aidiyyəti təyinat məntəqələrinə çatdırılması planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
14 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
















.jpg)



