Kamaz şirkətinin gəliri və xalis mənfəəti artıb
Rusiyanın mühasibat uçotu standartlarına görə, 2023-cü ildə Kamaz şirkətinin xalis mənfəəti 12,7 milyard rubl təşkil edib.
Marja.az xəbər verir ki, hesabat dövründə şirkətin gəliri 33,2% artaraq 354,7 milyard rubla çatıb.
Avtomobil istehsalçısı gəlir artımını daxili bazarda yük avtomobillərinin satışının dinamikası, K5 yük maşınlarına tələbatın artması, eləcə də sərnişin nəqliyyat vasitələrinin (avtobuslar və elektrobuslar) satışının artması ilə əlaqələndirib.
"Şirkətin fəaliyyəti nəticəsində 12 milyard 703 milyon rubl xalis mənfəət əldə edilib ki, bu da 2022-ci illə müqayisədə (5 milyard 387 milyon rubl) 2,4 dəfə çoxdur", - Kamaz qeyd edib.
Ümumilikdə, 2023-cü ildə şirkət təxminən 53 min ədəd kommersiya avtomobili, o cümlədən 2 min avtobus və elektrik avtobusu, 4 mindən çox qoşqu və yarımqoşqu, 41,7 min ədəd ağır avtomobil (o cümlədən 5 min K5 yük maşını), 4,85 min ədəd orta və yüngül tutumlu Compass avtomobili istehsal edib.
"2024-cü ildə biz 2023-cü ilin dekabrında direktorlar şurası və əsas səhmdarlar tərəfindən təsdiq edilmiş inkişaf strategiyasını həyata keçirərək irəliləməyə davam etmək niyyətindəyik. Kamaz istehlakçıları geniş çeşiddə və yüksək keyfiyyətli modellər ilə təmin etməyə davam edəcək", - Kamaz-ın Baş direktor Sergey Koqoqin bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
16 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir















.jpg)


.jpg)



