Artıq “Power bank” gəzdirməyinizə ehtiyac olmayacaq - FOTOLAR
Azərbaycan şirkəti Çin şirkətilə razılaşıb. Bakıda obyektlərdə enerji terminallarının yerləşdirilməsinə başlanılıb.(®) Yanvarın 24-də Çinin "Besiter" şirkəti ilə "Baku Povver" şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb.
İmzalanma mərasimində “Besiter” şirkətini direktor Aaron Pan, “Baku Povver” şirkətini isə direktor Rəşad Cəbrayılov təmsil edib.
Razılaşmaya əsasən “Baku Povver” şirkəti Çin şirkətinin Azərbaycanda rəsmi distribütoru seçilib və artıq enerji terminallarının Azərbaycana idxalına başlanılıb. Sözügedən avadanlıqlar istifadəçiləri yükləyici cihaz daşımaqdan azad edəcək. Belə ki, ekransız - 6 şarjlı, ekranlı - 6 şarjlı və ekranlı - 24 şarjlı enerji terminallarının şəhərimizdə müxtəlif ünvanlarda fəaliyyət göstərən fərqli təyinatlı obyektlərdə artıq yerləşdirilməsinə başlanılıb.
İstifadəsi kifayət qədər rahat olan yükləyici cihazlar mobil tətbiq vasitəsilə aktivləşdiriləcək. Yükləyicini terminaldan kirayələməklə, cihazınızı enerji ilə doldurduqdan sonra yaxınlıqda yerləşən digər bir obyektə təhvil verə biləcəksiniz. Mobil tətbiq, yükləyicinin təhvil alınması zamanı və təhvil verilməsi zamanı bütün prosesi idarə edir. Bir neçə başlıqlı yükləyicinin ilk 20 dəqiqə üçün istifadəsi isə tamamilə ödənişsizdir.
Yaxın zamanda enerji terminallarının aktiv olduğu obyektlərin siyahısı da şirkətin rəsmi sosial şəbəkə səhifələrində və www.bakupower.az internet saytında dərc ediləcək.
Enerji terminallarını öz obyektlərində yerləşdirmək istəyən sahibkarlar aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərlər.
+994 55 790 20 30
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


























