Yaponiya dünyanın üçüncü ən böyük iqtisadiyyatı titulunu itirdi
2023-cü ildə Yaponiya nominal ÜDM baxımından dünyanın üçüncü ən böyük iqtisadiyyatı yerini Almaniyaya verib və 4-cü yerə düşüb. Bu, son 30 ildən artıqdır ki, ən aşağı səviyyədə olan Yaponiya milli valyutasının zəifliyi ilə bağlıdır.Yaponiyanın nominal ümumi daxili məhsulu (ÜDM) 2023-cü ilin sonunda dollar ilə ifadədə 4,21 trilyon dollar təşkil edib. Yaponiya Nazirlər Kabineti Aparatının hesabatına görə, bu göstəriciyə görə o, dünyanın üçüncü ən böyük iqtisadiyyatı yerini Almaniyaya (4,46 trilyon dollar) uduzub.
Marja.az xəbər verir ki, 2022-ci ildə Yaponiyanın dollar ifadəsində nominal ÜDM-i 4,26 trilyon dollar təşkil etmişdi. Eyni zamanda, 2023-cü il üçün yen ifadəsində bu rəqəm 1,2% artıb. Bu tendensiya son 30 ildən artıqdır ki, ən aşağı səviyyədə olan Yaponiyanın milli valyutasının zəifliyi ilə bağlıdır. Ölkənin real ÜDM-i 2023-cü ildə 1,9% artıb.
Yaponiya iqtisadiyyatı 2023-cü ilin oktyabr-dekabr ayları arasında zəif istehlak və aşağı korporativ sərmayə səbəbindən illik müqayisədə 0,4% azalıb.
ÜDM məlumatları hökumət və Yaponiya Bankı üçün problem yaradır, çünki onlar daxili tələbi stimullaşdırmaq və əmək haqqını artırmaqla iqtisadiyyatı inkişaf etdirməyə çalışırlar. Bundan əlavə, Yaponiya şirkətləri uzunmüddətli investisiyalar sahəsində ehtiyatlı davranmağa davam edirlər ki, bu da inkişaf üçün mənfi faktora çevrilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
10 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir




















.jpg)
