Yaponiyanın Nikkei indeksi 1989-cu ildə qeydə alınmış rekordu yeniləyib
Tokio Fond Birjasının əsas indeksi olan Nikkei 1989-cu il dekabrın 29-da “köpük iqtisadiyyatı” dövründə qeydə alınan mütləq rekordu üstələyib.
Marja.az xəbər verir ki, ölkənin aparıcı korporasiyalarının səhmlərinin dəyərini əks etdirən Nikkei indeksi 39 029 punkta yüksələrək 29 dekabr 1989-cu ildə ticarət zamanı qeydə alınan mütləq rekordu yeniləyib.
Analitiklərin fikrincə, Yaponiya səhmlərinin bahalaşmasında əsas amillərdən biri Yaponiya Mərkəzi Bankının uçot dərəcəsini faktiki olaraq mənfi səviyyədə saxlayan ultra yumşaq pul siyasətidir. Aparılan yumşaq pul siyasəti yenin zəifləməsinə gətirib çıxarır ki, bu da ixrac yönümlü iri şirkətlər üçün sərfəlidir.
İnvestorlar əmindirlər ki, Yaponiya Mərkəzi Bankının pul siyasəti yaxın gələcəkdə də davam etdiriləcək, bu da daha yaxşı maliyyə göstəricilərinə, həm də yenin dollar və avro qarşısında zəifləməsi səbəbindən Yaponiya səhmlərini sərfəli hesab edən xarici investorların axına səbəb olacaqdır.
NHK telekanalı qeyd edib ki, iqtisadi artımın ləngiməsi fonunda investorların Çindən vəsaitlərinin geri çəkmələri də müsbət əhval-ruhiyyəyə kömək edir. Yanvarın sonuna olan məlumata görə, Tokio Fond Birjasında səhmlərin ümumi dəyəri son üç il yarım ərzində ilk dəfə artaraq Şanxay Fond Birjasını ötüb.
Digər amil fərdi investorlar üçün güzəştli vergi sisteminin tətbiqidir ki, bu da fərdi investorların sayının artmasına kömək edə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
6 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir











.jpg)








.jpg)
