"Aztelekom" şirkətinin gəliri xərclərini ödəmir - ZƏRƏRİ İKİQAT ARTIB
Dövlətə məxsus "Aztelekom" MMC 2022-ci ili 26 milyon 101 min manat xalis zərər ilə başa vurub. Şirkət 2021-ci ili 11 milyon 622 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, "Aztelekom"ın xalis zərəri 2022-ci ildə 2021-ci illə müqayisədə 2,2 dəfə artıb.
Marja.az xəbər verir ki, "Aztelekom" şirkətinin əsas əməliyyat gəlirləri 2021-ci ildə 98 milyon 870 min manat ikən, 2022-ci ildə 106 milyon 972 min manata yüksəlib. Xidmətlərin maya dəyərinin, inzibati və digər əməliyyat xərclərinin daha çox artması ilə əlaqədar olaraq Şirkətin xalis zərəri də artıb.
2022-ci ildə "Aztelekom" şirkətinin cəmi əməliyyat gəlirləri 108 milyon 756 min manat, cəmi əməliyyat xərcləri 130 milyon 190 min manat, xərclər gəlirləri üstələdiyindən əməliyyat zərəri 21 milyon .434 min manat təşkil edib.
2022-ci ilin zərəri ilə əlaqədar olaraq "Aztelekom" şirkətinin 2021-ci ilin sonunda 14 milyon 200 min manat təşkil etmiş bölüşdürülməmiş mənfəəti 11 milyon 901 min manat yığılmış zərər ilə əvəzlənib.
“Aztelekom” telekommunikasiya və genişzolaqlı internet xidmətləri göstərir.
Bir müddət əvvəl, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Aztelekom" və "Baktelekom" MMC-lərin birləşdirilməsi prosesinə start verildiyi barədə məlumat yayılmışdı.
“Aztelekom” təxminən 26 milyon manatlıq zərərin səbəbini açıqlayıb
“Aztelekom” MMC-nin gəlirləri, əsasən, internet və telefon xidmətləri üzrə formalaşır və 2021-ci illə müqayisədə 2022-ci ilin gəliri 8,2% artaraq 106 milyon 972 min manat təşkil edib.
Marja.az xəbər verir ki, bu, Şirkətin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, ümumi gəlirlərdə müşahidə edilən artıma baxmayaraq Cəmiyyət 2022-ci ili 26 milyon 101 min manat zərərlə başa vurub.
"Zərərin formalaşmasına əsas səbəb hazırda ölkə ərazisində internet şəbəkəsi üzrə həyata keçirilən yenidənqurma işləridir. Belə ki, “Aztelekom” respublika ərazisində GPON (Giqabit Passiv Optik Şəbəkə) texnologiyasının tətbiqini həyata keçirir və abunəçilərinin keyfiyyətli genişzolaqlı xidmətlərlə təmin edilməsi üçün şəbəkənin ən müasir texnologiyasına keçid işləri aparır. Bununla əlaqədar Cəmiyyət yüksəkixtisaslı kadrlar cəlb edib və ölkə ərazisində tikinti işləri üçün əlavə işçi qüvvəsini artırıb. Eləcə də GPON texnologiyasında beynəlxalq təcrübənin uğurla tətbiq olunması üçün Cəmiyyətin strategiyasına uyğun ixtisaslaşmış texniki dəstək xidməti cəlb olunub. Ölkə ərazisində GPON texnologiyası əsasında genişzolaqlı internet şəbəkəsi artdıqca, internet alışı da artıb".
Əlavə edilib ki, Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinə uyğun olaraq iqtisadiyyatın rəqəmsallaşdırılması üçün informasiya kommunikasiya texnologiyaları infrastrukturunun təkmilləşdirilməsi istiqamətində “Aztelekom” kapital qoyuluşlar proqramını yerinə yetirib. Belə ki, müvafiq proqram çərçivəsində tikintisi və quraşdırılması başa çatmış əsas vəsaitlər istismara verilib və 2022-ci il ərzində 56 milyon 612 min manat dəyərində əsas vəsaitlərə investisiya olunub. Sözügedən investisiya əsasən borc vəsaiti hesabına maliyyələşdirilib ki, bu da öz növbəsində Cəmiyyətin faiz xərclərinin artmasına səbəb olub.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 36 d. əvvəl
-
- 44 d. əvvəl
- 53 d. əvvəl
-
1 saat əvvəl
Bank of Baku-da işçilərin sayı ötən ilin ikinci yarısında sürətlə artıb
-
1 saat əvvəl
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
-
1 saat əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Diadem” şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
-
1 saat əvvəl
“Mərmər İnşaat”ın mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
İlqar Əliyev “Azfinans”ı satıb
AZAL tərəfindən 8 yeni təyyarənin alınması planlaşdırılır
BOKT 11 milyon 550 min manat dividend elan edib
BOKT borc satışından 44,8 milyon manat zərər edib
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma






.jpg)
.jpg)


.jpg)




.jpg)







