Daha münasib qiymətə satmaq üçün anbarlara yığırlar
Xaçmazda 2 min 37 hektar sahədə yeni fındıq bağları salınıb. Hazırda rayondakı fındıq bağlarının ümumi sahəsi 6 min 688 hektar təşkil edir.
Rayon Ərazi Kənd Təsərrüfatı İdarəsinin baş mütəxəssisi Qabil Ağabalayev bildirib ki, yaxın gələcəkdə bu göstəricini 10 min hektara qədər artırmaq planlaşdırılır:
“Prezident İlham Əliyevin ölkəyə daha çox valyuta gətirən məhsulların əkilməsinə üstünlük verilməsi ilə bağlı göstərişlərinə əsasən rayonumuzda bir sıra işlər həyata keçirilməyə başlanılıb. Xaçmaz fındıq bağlarının artırılması nəzərdə tutulan 12 rayondan biri kimi qəbul edilib. Ölkə üzrə 40 min hektar yeni fındıq bağlarının salınması nəzərdə tutulub ki, bunun da 5 min 16 hektarı bizim rayonun payına düşür. Bu günədək artıq 2 min hektardan çox sahədə yeni fındıq bağları salınıb”.
Q.Ağabalayev bildirib ki, ölkəyə valyuta gətirən bu məhsula son zamanlar tələbatın daha da artması torpaq mülkiyyətçilərini fındıq bağlarının sahəsini genişləndirməyə həvəsləndirir. Fındığın az zəhmət tələb etməsi və satış qiymətinin münasib olması fermerləri həvəsləndirən amillərdəndir.
Xaçmazlı təsərrüfatçılar avqustun ilk günlərindən etibarən fındıq bağlarından məhsul yığımına başlayıblar. Məhsul yığımı bu ayın sonunadək davam edəcək. Təsərrüfatçılar bu mövsüm fındıq bağlarında məhsuldarlığın yüksək olduğunu bildirirlər.
Rayonun Qusarçay kəndində 16 hektar fındıq sahəsi olan sahibkar Xanlar Eldarov, "Bizim 16 hektar fındıq bağımız var. Bunun da 8 hektarı bar verəndir. 8 hektar bağı isə yeni salmışıq. Fındığın yetişdirilməsi digər meyvələrlə müqayisədə daha az zəhmət tələb edir. Bununla yanaşı, məhsula tələbatın çox olması da ən böyük üstünlüklərdəndir.”
Hazırda Xaçmaz bağlarında məhsul yığımı ilə yanaşı, fındığın qabıqdan təmizlənməsi və qurudulması prosesi də həyata keçirilir. Əksər təsərrüfatçılar məhsulu daha münasib qiymətə satmaq üçün anbarlarında saxlayırlar. Fındıq əsasən yerli bazarlarda satılır. Bununla yanaşı, rayonda 10-a yaxın fındıq qəbulu məntəqəsi mövcuddur və məhsulu fermerlərdən sərfəli qiymətə alırlar.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
4 d. əvvəl
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
-
-
16 d. əvvəl
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
-
18 d. əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
- 29 d. əvvəl
- 39 d. əvvəl
- 55 d. əvvəl
-
57 d. əvvəl
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
Supermarketlər şəbəkəsinin Xırdalanda filialı açılacaq
Banklara ipoteka üçün yeni limitlər ayrıldı
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
Müharibənin ABŞ üçün xərci hesablanıb
TAP-ın ötürücülük gücü əlavə olaraq 1,2 milyard artırılıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi
“Trendyol”da Novruz endirimləri başlayır
“Prior Leasing”in nizamnamə kapitalı 60 % artırılıb
Birləşmiş Ərəb Əmirlikləri ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb






















