Şəxsi reputasiya: Rəqəmlər bizə nə deyir?
Hazırki çox şaxəli əlaqələnmiş dünyada biznes və karyera inkişafının dinamikası ciddi şəkildə dəyişib. Artıq yalnız CV-nizdəki bacarıqlarınızı göstərmək və ya işlədiyiniz/sahibi olduğunuz şirkətin şöhrətindən asılı qalmaq inkişaf üçün kifayət deyil. Əksinə, şəxsi markalaşmaya doğru kəskin bir dəyişiklik var və bu vasitə yeni uğurlar əldə etməyə və “influence”in yüksəlməsinə təkan verən mühim strateji bir alətə çevrilib. Əlbəttə, bu günün dünyasında hər hansı bir iddianı rəqəmlərsiz göstərmək heç bir şey ifadə etmir. Onda gəlin şəxsi reputasiyanın və markalaşmanın nə qədər əhəmiyyətli olduğunu statistikalar və real dünyadan “gözlənilməz” nəticələrlə göstərək.
Müştərilərin etimadını qazanmaq sahəsində şəxsi reputasiya çox böyük təsir imkanına sahibdir. Başlayaq Forbes-in tədqiqatından. Bu media nəhənginin araşdırmasına görə, müştərilərin 84%-i şirkətin reputasiyasının işçilərinin şəxsi markasından təsirləndiyinə inanır. Bu, şəxslərin təmsil etdikləri təşkilatlardakı rolu haqqında əvəzsiz bir göstəricidir. Nielsen-in araşdırmasına görə isə, müştərilərin 83%-i şəxsən tanıdıqları insanların məsləhətlərinə güvən duyur. Daimi olaraq dəyər təklif edən, müxtəlif bilikləri paylaşan və öz şəxsi markası vasitəsilə ekspertliyini nümayiş etdirən insanlar da öz auditoriyaları üçün şəxsən “tanıdıqları” insana çevrilirlər. Əlbəttə, mesajlar onları yanıltmayacaq tərzdə olmalıdır. Bu məhz etibarlılığın və uzunmüddətli əlaqələrin, yəni loyallığın əsas təməlidir. Ümumilikdə isə, bu statistikalar şəxsi markalaşmanın sadəcə özünü reklam etmək haqqında olmadığını, əksinə, tərəfdaşların gözündə etimad və etibar qurmaq üçün bir vasitə olması haqqında olduğunu göz önünə sərir.
Şəxsi markalaşma həm də insanları müsabiqə mühitində fərqli olmağa və arzulanan karyera/biznes fürsətlərini əldə etməyə imkan verir. "LinkedIn"-in paylaşdığı məlumata görə, işə qəbul edənlərin 70%-i namizədin CV-sindən daha çox güclü bir şəxsi markasının olmasına diqqət yetirir. Mütəxəssislərin 71%-i isə güclü bir şəxsi marka və karyera perspektivlərinin artması arasındakı müsbət əlaqəni görür. Yəni, fərqli bir “identity”/marka yaratmaq və bacarıqları göstərməklə insanlar öz nişalarını qazana, onlarla düzgün əlaqələr qura və fürsətləri cəlb edə bilərlər.
Başqa bir məqama nəzər yetirək. “Branding Strategy Insider”-in tədqiqatı müştərilərin 60%-nin güclü şəxsi reputasiyaya sahib heyəti olan şirkətlərlə işləməyə daha meylli olduğunu göstərir. Bu, şəxsi markanın insanların davranışı və satınalma qərarları üzərində nə qədər əhəmiyyətli rol oynadığına başqa bir misaldır. Digəri isə onun məhsul və xidmət qiymətlərinə təsiri ilə bağlıdır. “Corporate Visions”-un verdiyi məlumata görə respondentlərin 57%-i cəlbedici şəxsi markaya sahib şirkətlərin məhsullarına daha yüksək qiymət ödəməyə hazırdırlar. Biraz çox bilinən olacaq, amma Stiv Jobs və Apple da buna nümunə deyilmi?
Biraz daha spesifik baxaq. Şirkət üçün şəxsi marka dedikdə ilk ağıla CEO gəlir. Onun reputasiyası isə bütün təşkilatın fəaliyyətinə və imkanlarına birbaşa təsir edir. Veber Şandvikin araşdırması bir şirkətin reputasiyasının 50%-ni onun CEO-sunun reputasiyası ilə atributlaşdırılır. Yəni, güclü bir şəxsi profil təkcə CEO-nun inamını deyil, həm də şirkətin marka dəyərini artırır və gücləndirir. Eyni şəkildə, PwC-in sorğusu şirkətin qurucusunun sosial mediada davamlı mövcudluğu və müştərilərin inamı haqqındakı əlaqəni ortaya çıxarır. Belə ki, respondentlərin 77%-i bu tərz şirkətlərdən məhsul və ya xidmət almağa daha meylli olurlar.
Sosial media demişkən… Həqiqətən də, hazırda rəqəmsal mühitdə, sosial media şəxsi markalaşma üçün güclü bir platformaya çevrilib. CEO-ların sosial mediada fəal iştirakı, müştərilərin fikrini ciddi şəkildə dəyişdirə və bu da biznesin nəticələrinə sürətli təsir göstərə bilir. Yuxarıda PwC-nin tədqiqatından savayı, "Protocol 80"-nin araşdırması göstərir ki, B2B müştəriləri, yalnız işin dəyərini deyil, həm də şəxsi dəyəri ötürən markaları seçməyə 2 dəfə daha çox meylli olurlar.
Fikir liderliyi (“opinion leader”) effektiv şəxsi markalaşmanın mühim nəticələrindən, daha doğrusu yan məhsullarından (“by-product”) biridir. Daimi olaraq dəyərli müşahidələr və orijinal məzmun paylaşaraq, insanlar öz sahələrində özlərini “avtoritet” kimi mövqeləndirə bilirlər. Edelman-ın araşdırması göstərir ki, qərar verənlərin 45%-i potensial iş ortaqlarını qiymətləndirərkən onların fikir liderliyi məzmunundakı kontentlərinə əsaslanırlar.
Yəni, fikir lideri kimi bu insanlar diqqət cəlb edir, təsir etmə imkanına sahib olur, yüksək məsuliyyətli fəaliyyətlər, media imkanları, yüksək profilli karyera və ya biznes ortaqlıqları qurmaq üçün özlərinə yol açırlar.
Qısacası, davamlı rəqabət və diqqətlərin sürətlə fərqli istiqamətlərə yönəldiyi bir dünyada şəxsi reputasiya və markalaşma uğur üçün əvəzsiz rol oynayır. Şəxsi markalaşmaya investisiya qoyaraq, auditoriyanızla dərin əlaqələr qura, yeni fürsətlər yarada və öz sahənizdə təsir gücünüzü artıra bilərsiniz.
Lakin bunu əldə etmək o qədər də asan deyil. Öz sahənizdə çox yaxşı olmağınız kifayət etmir; əksinə, öz unikal dəyər təklifinizi və bacarıqlarınızı açıq və davamlı şəkildə göstərməyə hər zaman ehtiyac duyulur.
Siz mövsümi işləyən icraçı, kiçik sahibkar, böyük təşəbbüskar və ya çiçək yetişdirmə sahəsində işləyən bir fermer ola bilərsiniz; hər bir halda şəxsi markalaşmanın gücü sizi rəqabətdə önə və rəqəmsal erada daha böyük uğurlara apara biləcək bir dinamo ola bilər.
Müəllif haqqında: Anar Əskərov 10 ildən çox təcrübəsi olan Strateji Kommunikasiya üzrə mütəxəssisdir. O “INPRESS PR Solutions” və MediaPost şirkətinin təsisçisi və CEO-sudur. Onun əsas fəaliyyət istiqaməti yeni media dünyasında müasir alətlərdən istifadə edərək fərdlərə və şirkətlərə brendlərini qurmağa, qorumağa və mesajlarını auditoriyalarına düzgün şəkildə çatdırmağa yardım etməyə yönəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 14 d. əvvəl
-
22 d. əvvəl
"Trendyol’’un məhdud sayda hazırladığı yeni Olimpiya geyim kolleksiyası satışda
-
-
28 d. əvvəl
Unicapital investorlar üçün iki yeni istiqraz buraxılışını elan edir
-
31 d. əvvəl
Azərbaycan və ABŞ birgə potensial layihələri nəzərdən keçirib
- 37 d. əvvəl
-
54 d. əvvəl
“Kürsəngi” və “Qarabağlı” neft yataqları ilə bağlı iclas keçirilib
-
1 saat əvvəl
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
-
2 saat əvvəl
Maliyyə nəhəngi qızıl üçün tarix açıqladı: 6 min dolları nə vaxt keçilə bilər?
- 2 saat əvvəl
-
2 saat əvvəl
Gömrük xərcləri artsa da Li Auto qiymətləri sabit saxlayır - QİYMƏTLƏR
-
2 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
Unicapital investorlar üçün iki yeni istiqraz buraxılışını elan edir
“Kürsəngi” və “Qarabağlı” neft yataqları ilə bağlı iclas keçirilib
Fevralın 10-da gözlənilən hava şəraiti - BAKIYA QAR YAĞACAQ
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
“Bank Respublika”nın“Qızıl Seçim” lotereyası davam edir
Yeni Li Auto L9 Livis krossoveri təqdim edilib - QİYMƏT
Prezident ABŞ şirkətlərinin rəhbər şəxslərini qəbul edib
“Unibank”da yığıncaq keçiriləcək
Naxçıvana yeni Baş naziri təyin olundu























