"Dünyanı ikinci dəfə “Çin şoku” gözləyir"
Dünyaya Çindən ucuz malların yeni axını gözlənilir."Çin növbəti dəfə xarici bazarları ucuz mallar ilə doldurmağa başlayıb və dünyanı ikinci dəfə “Çin şoku” gözləyir".
Marja.az xəbər verir ki, bunu “The Wall Street Journal” (WSJ) yazıb.
Qəzet qeyd edib ki, 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində ABŞ və qlobal iqtisadiyyat “Çin şokunu” yaşayıb – ucuz Çin istehsalı malların idxalında "bum" inflyasiyanın aşağı səviyyədə saxlanmasına kömək edib. Vəziyyət Çinin ixracını ikiqat artırmaq planları fonunda təkrarlana bilər.
“Çinin zavod və fabrikləri daxili iqtisadiyyatın qəbul edə biləcəyindən daha çox avtomobil, məişət texnikası və məişət elektronikası istehsal edir. Ucuz dövlət kreditlərinə arxalanan Çin şirkətləri xarici bazarları daxildə sata bilmədikləri məhsullarla "doyurur"”, - WSJ yazır.
İqtisadçılar hesab edirlər ki, yeni “Çin şoku” inflyasiyanın birincisindən daha çox azalmasına səbəb olacaq. Çin iqtisadiyyatı indi yavaşlayır və nəticədə ucuz malların deflyasiya təsiri Çinin dəmir filizi, kömür və digər xammala olan tələbi ilə kompensasiya olunmayacaq.
Bundan əlavə, 20 il əvvəl Pekinin qlobal sənayedəki payı 10%-dən az idisə, 2022-ci ildə bu rəqəm 31%-ə çatıb. İxracın payı 5%-dən 14%-ə yüksəlib. Məqalədə deyilir ki, yeni Çin fabriklərinin tikilməsi “dünyanın sənaye malları içində boğulacağına” gətirib çıxara və qiymətlər daha çox aşağı düşə bilər.
ABŞ, Avropa və Yaponiyadakı rəsmilər zavodların bağlanması riski ilə əlaqədar “Çin şokunun” təkrarlanmasını istəmirlər, ona görə də strateji sənayeləri dəstəkləmək üçün “milyarlarla dollar” ayırıblar. Həmçinin Çin idxalına rüsum tətbiq etmək tədbiri hazırlayırlar.
Nəşrin istinad etdiyi iqtisadçıların fikrincə, ABŞ 1999-2011-ci illər arasında Çin idxalına görə iki milyondan çox iş yerini itirib: Amerikalı mebel, oyuncaq və geyim istehsalçıları rəqabətə tab gətirə bilmədilər.
İqtisadçıların fikrincə, indi problemlər “daha əsaslıdır”, çünki Pekin avtomobillər, kompüter çipləri və mürəkkəb avadanlıqların istehsalında – daha yüksək əlavə dəyərə malik sənayelərdə inkişaf etmiş iqtisadiyyatlarla rəqabət aparır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
8 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir










.jpg)





.jpg)

