"Assist Finance İnvestisiya Şirkəti"nə əlavə maya qoyulur
"Assist Finance İnvestisiya Şirkəti" ASC-nin nizamnamə kapitalı 50 min 50 manat artırılır.
Marja.az xəbər verir ki, Şirkət hər birinin nominal dəyəri 350 manat olan 143 ədəd səhm buraxıb.
Qeyd edək ki, Cəmiyyətin nizamnamə kapitalı 2023-cü il tarixində 1 milyon manatdan 350 min manata azaldılmışdır.
Hazırda "Assist Finance İnvestisiya Şirkəti" ASC-nin nizamnamə kapitalının 100%-i Cəfərov Ruslan Nazim oğluna məxsusdur.
Qeyd edilib ki, səhmlər kütləvi təklif ediləcəkdir. Emitentin səhmdarı öz üstünlük hüquqlarından səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə başlandığı tarixdən ilk 2 iş günü ərzində istifadə edərək nizamnamə kapitalındakı payına mütənasib qaydada yeni buraxılan səhmləri əldə edə bilər. Səhmdar öz üstünlük hüququndan istifadə etdikdə, səhmdarın nizamnamə kapitalında payı 143 ədəd səhm artaraq (nəticədə 1143 səhm), 100% təşkil edəcəkdir. Səhmdar öz üstünlük hüququndan istifadə etmədikdə səhmdarın payı 1000 ədəd səhm qalmaqla, nizamnamə kapitalında payı 87.48 % təşkil edəcəkdir.
Yerləşdirmə uğurla yekunlaşarsa, "Assist Finance İnvestisiya Şirkəti"nin nizamnamə kapitalı 350 min manatdan 400 min 50 manata yüksələcəkdir.
“Assist Finance İnvestisiya Şirkəti” ASC qiymətli kağızlar bazarı sahəsində fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 12 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
























