UNEC ilə Abşeron Logistika Mərkəzi arasında memorandum imzalanıb
UNEC rektoru professor Ədalət Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti Qafqaz regionu üzrə ən böyük quru yük limanına sahib olan və ilk özəl yerli logistik mərkəz kimi fəaliyyət göstərən Abşeron Logistika Mərkəzində olub.
Universitetin yaydığı məlumatda bildirilir ki, “Abşeron Logistika” MMC-nin İdarə heyətinin sədri Ziya Ağayevin və müvafiq struktur rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə tərəflər arasında “Beynəlxalq ticarət və logistika” ixtisası üzrə UNEC-də təhsil alan tələbələrin müasir tələblərə uyğun təhsil alması məqsədilə səylərin birləşdirilməsi, tələbələrin təcrübəsinin təşkili, UNEC-də ixtisaslaşmış auditoriyanın yaradılması, startap fəaliyyətinə dəstək imkanları barədə müzakirələr aparılıb.
Müzakirələrin sonunda UNEC ilə “Abşeron Logistika” MMC arasında əməkdaşlığa dair memorandum imzalanıb. Memorandumda tərəflər arasında birgə elmi-texniki yeniliklərin tətbiqi, birgə layihələrin hazırlanması, tələbə startaplarına dəstəyin göstərilməsi, müasir əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlığı, tələbələrin təcrübələrinin təşkilinə şəraitin yaradılması, UNEC-in təklif etdiyi ixtisasartırma, sertifikat və mini MBA proqramlarının təşkil edilməsi və digər istiqamətlərdə əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulub.
UNEC nümayəndələri sonra Mərkəzin infrastrukturu və müasir tələblərə cavab verən iş modeli ilə tanış olublar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 2 saat əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
2 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
2 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti





















.jpg)


