Türkiyənin "Papara" finteç şirkəti "T-Bank"ı alır
Türkiyənin maliyyə texnologiyaları şirkəti "Papara", "T-Bank"ın səhmlərini almaq üçün "Bankmed SAL" və "Arab Bank PLC" ilə razılığa gəldiyini açıqlayıb. "Bankmed SAL" və "Arab Bank PLC" "T-Bank"ın 50-50 səhmdarlarıdır.
Marja.az xəbər verir ki, "Papara" indiyə qədər etdiyi ən böyük alışa imza ataraq böyüməyə doğru ilk addımı atıb.
"Papara"nın baş direktoru Emre Kenci, satınalma prosesinin "Bank Tənzimləmə və Nəzarət Təşkilatı" (BDDK) və Rəqabət Şurasının təsdiqindən sonra tamamlanacağını bildirib.
"2023-cü ildə sığorta və investisiya məhsulları ilə zənginləşdirdiyimiz təcrübəmizə, əsas bank məhsullarını əlavə etməklə ən yüksək səviyyəyə çatdıracağıq. Beləliklə, biz Papara-nın maliyyənin bütün sahələrində xidmət göstərən "Super Tətbiq" olmaq yolunu tamamlayacağıq",- Emre Kenci bildirib
"T-Bank"ın baş direktoru Servet Taze açıqlamasında bildirib: "T-Bankın fərdi və korporativ bankçılıq sahəsində dərin köklü təcrübəsi və 1930-cu illərdən bəri bank sektorundakı geniş bilik və təcrübəsi "Papara"nın istifadəçi yönümlü vizyonu ilə gücləndiriləcək və bu, ənənəvi bank məhsullarının innovativ texnologiyalar və həllər ilə daha çox istifadəçiyə çatmasına imkan verəcəkdir".
"Papara"nın qlobal bazarlarda rəqabət aparma potensialına inandığını qeyd edən Taze, bu satınalmanın Türkiyədə maliyyə sahəsində təməl daşı olacağını və sektoru daha da irəli aparacağını ifadə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
8 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir










.jpg)







