“AZENCO” şirkətinin rəhbərliyi yenidən seçiləcək
26 aprel 2024-cü il tarixində “AZENCO” səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.
Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
- Cəmiyyətin idarə heyətinin illik hesabatı. Cəmiyyətin illik hesabatının təsdiqi.
- Cəmiyyətin müşahidə şurasının hesabatı.
- Cəmiyyətin maliyyə-təftiş komissiyasının hesabatı.
- Cəmiyyətin idarə heyətinin, müşahidə şurasının və maliyyə-təftiş komissiyasının yeni tərkibinin seçilməsi.
- Cəmiyyətin maliyyə nəticələrinin müzakirəsi və mənfəətin bölüşdürülməsi.
- Cari məsələlər.
Yığıncaq Mingəçevir şəhəri, Dövlət Dram Teatrının binasında keçiriləcəkdir.
1939-cu ildə Azərbaycanda istilik elektik stansiyalarının layihələndirilməsi, tikintisi və təmiri üzrə "Mərkəzi İstehsal Təmir" müəssisəsi kimi fəaliyyətə başlayan “AZENCO” ASC bu sahədə geniş təcrübə qazanmışdır. Azərbaycanda bu illərdə həyata keçirlmiş lahiyələrdə yer alan AZENCO ASC 2000-ci ilədək fəaliyyətini bu sahədə davam etdirmişdir. “AZENCO” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının qanunlarına əsasən 12 aprel 2002-ci ildə “Azərenerjitikinti” MMC kimi yaradılmışdır. 20 noyabr 2008-ci il tarixindən etibarən şirkət hüquqi adını “Azərenerjitikinti” MMC-dən “AZENCO” ASC-yə dəyişdirmişdir. Şirkət 2002-ci ldən başlayaraq Azərbaycan enerji sektorunda olan önəmli lahiyələrdə iştirak etmiş və bir çox inşaat işlərinin əsas podratçısı olmuşdur. "AZENCO" ASC-nin xidmətlərinə elektrik stansiyaları və müxtəlif sənaye obyektlərinin layihələndirilməsi, tikintisi, quraşdırılması və istismarı daxildir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 2 d. əvvəl
-
54 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Ən çox oxunanlar
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı
























