Çində iPhone satışları kəskin azalıb, “Huawei” "iPhone"u geridə qoyub
“Huawei” smartfonları Çin bazarında "iPhone"u geridə qoyubHuawei smartfonları Çin bazarında populyarlıq baxımından iPhone-u geridə qoyub.
Marja.az xəbər verir ki, bunu "Counterpoint"ın araşdırması göstərib.
2024-cü ilin ilk altı həftəsində Apple-ın Çində satışları illik müqayisədə 24% azalıb, Huawei-nin satışları isə eyni dövrdə 64% artıb. Apple-ın Çin bazarındakı payı 16%-dən aşağı düşüb, brend populyarlıqda dördüncü yerə geriləyib, Huawei 16,5%-lik payla ikinci yerə yüksəlib.
İndi Amerika istehsalçısının əsas rəqibi yerli Huawei-dır. Huawei şirkətinin Mate 60 seriyasına güclü tələbat mövcuddur.
Apple-ın Çin smartfon bazarındakı payı 15,7%-ə düşüb, şirkət çinli istifadəçilər arasında populyarlıq baxımından dördüncü yerə geriləyib. Bir il əvvəl 19% payla ikinci yerdə idi.
Öz növbəsində Huawei ikinci yerə yüksəlib, istehsalçının Çin smartfon bazarında bazar payı il ərzində 9,4%-dən 16,5%-ə yüksəlib. Çinin smartfon bazarı isə 7% azalıb.
"Counterpoint"ın baş analitiki Mengmeng Zhang bildirib ki, "Apple şirkəti OPPO, Vivo və Xiaomi-nin aqressiv qiymətləri ilə bazarda sıxışdırıldığı bir dövrdə, Huawei-nin də sərt rəqabəti ilə üzləşir". Reuters yazır ki, keçən həftə şirkət Tmall platformasında satılan bəzi iPhone modellərinə 1300 yuana (180,68 dollar) qədər subsidiya verməyə başlayıb.
Huawei ilə yanaşı, şirkətin Honor brendinin də satışları 2% artıb. Eyni zamanda, Vivo, Xiaomi və Oppo satışları müvafiq olaraq 15%, 7% və 29% azalıb.
Reuters yazır ki, Apple-ın Çindəki fəaliyyəti Amerika şirkətinin məhsullarına tələbin yavaşlaması ilə bağlı narahatlıqları artırır. Çərşənbə axşamı, martın 5-də keçirilən ticarət zamanı Apple şirkətinin səhmləri təxminən 3% də ucuzlaşıb və 170 dollara düşüb.
Qeyd edək ki, Çində istehlak xərcləri yavaşlayıb, hökumət də işçilərinə rəsmi məqsədlər üçün Apple məhsullarından istifadə etməyi qadağan edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
10 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir















.jpg)




.jpg)
