MDM-in nümayəndə heyəti Türkiyənin İstanbul şəhərinə işgüzar səfər edib
7-8 mart 2024-cü il tarixlərində Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin(MDM) Müşahidə Şurasının sədri Elçin Əlizadə, İdarə Heyətinin sədri Ağahüseyn Xudaverdiyev, Maliyyə Xidmətləri və Hesablaşmalar departamentinin direktoru Esli Dilbazi, Bakı Fond Birjasının(BFB) nümayəndə heyəti Türkiyənin İstanbul şəhərinə işgüzar səfər ediblər.
Səfər çərçivəsində 7 mart 2024-cü il tarixində Türkiyənin fond birjası olan “Borsa İstanbul”un nümayəndələri ilə görüş keçirilib. Görüş zamanı Türkiyə birjasının əməkdaşları beynəlxalq əlaqələr, strateji planlaşdırma, insan resurslarının idarə edilməsi, biznesin inkişafı, listinq, informasiya texnologiyaları, üzvlük münasibətləri, audit və nəzarət kimi müxtəlif istiqamətlər üzrə təcrübələrini bölüşüblər.
8 mart 2024-cü il tarixində Türkiyənin mərkəzi depozitarı “MKK” və klirinq təşkilatı “Takasbank” ilə görüşlər keçirilib. MKK-nin nümayəndə heyəti ilə beynəlxalq əlaqələr və müvafiq əməliyyatlar, depo hesabları üzrə prosedur, komplayns məsələləri, depozitar qəbzlər və təşkilatlar arasında əməkdaşlığın gələcək inkişaf perspektivləri müzakirə olunub.
“Takasbank”-ın nümayəndə heyəti tərəfindən pul hesabları, klirinq, hesablaşmalar və mərkəzi kontragent funksiyası barədə görüş iştirakçılarına ətraflı məlumat verilib. Görüşlər zamanı MDM və BFB-in nümayəndə heyətlərinin sualları cavablandırılıb və müzakirə olunan mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 3 saat sonra
- 21 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti




















.jpg)




