Kredit ittifaqına bank əməliyyatı üçün lisenziya verilməsi qaydası müəyyənləşib
Maliyyə Bazarlarına Nəzarət Palatası “Kredit ittifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası”nı təsdiq edib.
Qaydaya əsasən lisenziya almaq üçün kredit ittifaqı tərəfindən Palataya aşağıdakı sənədlər və məlumatlar təqdim olunur:
- təsisçilər və ya qanunvericiliyə müvafiq qaydada vəkil edilmiş şəxs (şəxslər) tərəfindən imzalanmış ərizə;
- dövlət qeydiyyatı haqqında sənədin surəti və nizamnamənin notariat qaydasında təsdiq edilmiş surətləri;
- minimum nizamnamə (şərikli) kapitalının ödənilməsi barədə bank sənədi;
- üzvlərin başqa Kredit ittifaqının üzvü olmaması barədə məlumat;
- Müşahidə Şurası, İdarə Heyəti, Kredit Komissiyasının üzvlərinin və daxili auditorun təyin edilməsi barədə Kredit ittifaqının üzvlərinin ümumi yığıncağının qərarı;
- Kredit ittifaqının kredit siyasətini, təşkilati strukturunu, habelə ilk üç il üçün maliyyə proqnozunu müəyyənləşdirən biznes plan (üzvlərin ümumi yığıncağında təsdiq olunmaqla);
- İdarə Heyəti üzvlərinin təhsilini və iş təcrübəsini təsdiq edən sənədlərin notariat qaydasında təsdiq edilmiş surətləri, habelə qəsdən törədilmiş cinayətlərə görə məhkumluqlarının olub-olmaması haqqında məlumat;
- daxili auditorun (auditorların) “Daxili audit haqqında” qanun ilə müəyyən edilmiş ixtisas və peşə tələblərinə uyğunluğu, habelə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə maliyyə-təsərrüfat sahəsində müəyyən vəzifələr tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməsi və ya bu növ cəza ilə bağlı məhkumluğunun ödənilməsi və ya götürülməsi barədə məlumat.
Lisenziyanın verilməsi üçün tələb olunan zəruri şərtlər aşağıdakılardır:
- İdarə Heyətinin üzvləri ali təhsilə və ən azı bir il iş təcrübəsinə, yaxud tam orta və ya orta ixtisas təhsilə və ən azı üç il iş təcrübəsinə, maliyyə hesabatlarının hazırlanmasına məsul idarə heyətinin üzvü isə ali təhsilə və mühasibatlıq sahəsində ən azı bir il iş təcrübəsinə, yaxud tam orta və ya orta ixtisas təhsilə və mühasibatlıq sahəsində ən azı üç il iş təcrübəsinə malik olmalıdırlar;
- İdarə Heyəti üzvlərinin qəsdən törədilmiş cinayətlərə görə məhkumluqları olmamalıdır;
- daxili auditor (auditorlar) “Daxili audit haqqında” qanunda müəyyən edilmiş ixtisas və peşə tələblərinə cavab verməlidir, habelə maliyyə-təsərrüfat sahəsində müəyyən vəzifələr tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməli və ya bu növ cəza ilə bağlı məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxs olmamalıdır;
- üzvlər başqa Kredit ittifaqının üzvü olmamalıdır;
- Kredit ittifaqının formalaşdırdığı nizamnamə kapitalı Palatanın müəyyən etdiyi minimum məbləğdən az olmamalıdır.
Lisenziya almaq üçün təqdim edilən sənədlər və məlumatlar Palata tərəfindən qəbul edilir, xüsusi kitabda qeydə alınır, baxılır, çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda qeydə alındığı gündən başlayaraq on beş gündən gec olmayaraq lisenziya verilməsi haqqında qərar qəbul edilir. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə beş gündən gec olmayaraq yazılı məlumat verilir. Onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra onlara beş gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Palata iki iş günü müddətindən gec olmayaraq lisenziyanın verilməsi haqqında qərarı ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir, həmçinin ərizəçiyə lisenziyanın verilməsi üçün dövlət rüsumunu ödəməsi vəzifəsi barədə şifahi və ya məktub vasitəsilə məlumat verir. Həmin qərar ərizəçiyə daxil olduqdan sonra lisenziyanın verilməsi üçün dövlət rüsumu beş iş günü müddətində ərizəçi tərəfindən ödənilir və ödənişi təsdiq edən sənəd Palataya təqdim edilir. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd Palataya ərizəçi tərəfindən təqdim edildikdən sonra lisenziya iki iş günündən gec olmayaraq ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd Palataya təqdim edilmədikdə, Palata tərəfindən lisenziya ləğv edilir və bu barədə məlumat iki iş günü müddətində ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.
Palata lisenziyanı aşağıdakı hallarda ləğv edir:
- Kredit ittifaqının müraciəti ilə;
- lisenziya alınması üçün təqdim olunmuş məlumatların yanlış olduğu aşkar edildikdə;
- Kredit ittifaqı lisenziyanı aldığı gündən başlayaraq bir il müddətində bank fəaliyyətini həyata keçirmədikdə, yaxud bank fəaliyyətini bir il müddətinə dayandırıldığı müəyyən edildikdə;
- Kredit ittifaqı tərəfindən hesabatlar iki hesabat tarixinə Palataya təqdim olunmadıqda və ya illik kənar audit keçirilmədikdə;
- Kredit ittifaqının təqvim ili ərzində təqdim etdiyi hesabatlarda azı iki dəfə təhrif olunmuş məlumatların daxil edilməsi müəyyənləşdirildikdə;
- Kredit ittifaqının üzvlərinin sayı azaldığı halda 3 ay ərzində onların sayı 11-ə çatdırılmadıqda;
- Kredit ittifaqının nizamnamə kapitalının məbləği Palata tərəfindən müəyyən edilmiş minimum məbləğdən az olduqda;
- Kredit ittifaqı “Kredit ittifaqları haqqında” qanunu və Palatanın normativ xarakterli aktları ilə müəyyən edilmiş prudensial normativ və tələbləri (nizamnamə kapitalının minimum məbləğinə dair tələb istisna olmaqla) və ya “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun tələbləri ilə bağlı fəaliyyətində yol verdiyi pozuntuların aradan qaldırılması barədə Palatanın göstərişlərinə əməl etmədikdə;
- məhkəmənin müvafiq qərarı olduqda;
- Kredit ittifaqı ləğv edildikdə.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 16 d. əvvəl
-
1 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
1 saat əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
-
1 saat əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
-
2 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
2 saat əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
Ən çox oxunanlar
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb









.jpg)














