Dövlət Dəniz və Liman Agentliyi zərərdən mənfəətə keçib
Dövlət Dəniz və Liman Agentliyi 2022-ci ili 1 milyon 922 min manat xalis mənfəət ilə başa vurub. Agentlik 2021-ci ili 5 milyon 458 min manat xalis zərər ilə bağlamışdı.
Marja.az xəbər verir ki, Dövlət Dəniz və Liman Agentliyinin əsas fəaliyytdən gəlirləri 2021-ci ildə 6 milyon 715 min manat ikən, 2022-ci ildə 6 milyon 823 min manat təşkil edib. Həmçinin, Agentliyik 2022-ci ildə 7 milyon 249 min manat digər gəlirlər əldə edib.
Dövlət Dəniz və Liman Agentliyi 2022-ci ildə əldə etdiyi digər gəlirlər və əməliyyat xərclərinin azaldılması hesabına zərərdən mənfəətə keçib.
Dövlət Dəniz və Liman Agentliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxsdir. Agentlik, Azərbaycan ərazisində dəniz nəqliyyatı sahəsində dövlət siyasətinin formalaşmasında, həyata keçirilməsində və inkişafında iştirak edir, bu sahədə tənzimləməni və nəzarəti həyata keçirir; Dəniz üzgüçülüyünün təhlükəsizliyi, dənizdə insan həyatının və sağlamlığının qorunması, dəniz ətraf mühitinin mühafizəsi, habelə dənizçilərin hazırlanması sahəsində tədbirlər görür; Dəniz limanlarında fəaliyyətin dövlət tənzimlənməsində iştirak edir və dəniz üzgüçülüyünün təhlükəsizliyi ilə bağlı xidmətlər (naviqasiya və mayak, bələdçi, kanal, lövbər və gəmi yığımı) göstərir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
1 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 13 d. əvvəl
- 15 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq























