Azərbaycan və Türkiyə inşaat şirkətləri arasında Saziş imzalanıb
Azərbaycanın aparıcı tikinti şirkətlərindən biri olan “Caspian Capital Group” şirkəti ilə Türkiyənin “Özgün İnşaat” şirkəti arasında birgə əməkdaşlığa dair Sazişin imzalanma mərasimi keçirilib.
“Caspian Capital Group” şirkətinin təsisçisi Elxan Paşayev və “Özgün İnşaat” şirkətinin təsisçisi Özgün Karakullukçu tərəfindən imzalanmış memorandum şirkətlər arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi prosesində birgə fəaliyyət kimi məsələləri özündə ehtiva edir.
“Caspian Capital Group” şirkətinin baş direktoru Tahir İskəndərov çıxış edərək bildirib ki, təmsil etdiyi şirkət inşaat, layihələndirmə, mühəndislik, təchizat, informasiya texnologiyaları sahələrində fəaliyyət göstərən şirkətlər qrupudur. Şirkət fəaliyyətə başladığı gündən etibarən ixtisaslaşmış şirkətləri, müasir və innovativ yanaşması və peşəkar komandası ilə sifarişcilərinin etibarını qazanmışdır.
Tədbirdə “Özgün İnşaat” şirkətinin icraçı direktoru Sıtkı Akdeniz qeyd edib ki, “Özgün İnşaat” şirkəti 1993-cü ildə yaradılıb. Şirkət tunel, nəqliyyat, infrastruktur, mədənçıxarma və enerji sahələrində fəaliyyət göstərir. “Özgün İnşaat” şirkətinin əsas məqsədlərindən biri inşa etdiyi komplekslərdə geniş infrastrukturlu, rahat və sağlam yaşam tərzini təmin etməkdən ibarətdir.
Tədbirin sonunda “Caspian Capital Group” şirkəti ilə “Özgün İnşaat” şirkəti arasıda birgə əməkdaşlığa dair Saziş imzalanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 3 saat sonra
- 21 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti














.jpg)







.jpg)



