Analitiklər: "Dolların 1,60 manata qədər geriləməsi mümkündür"
"Azərbaycanda ABŞ dollarının məzənnəsinin 2018-ci ildə 1,60 AZN/USD-yə qədər geriləməsi mümkündür",- Azərbaycanın xəbər agentliyi "Report"un analitik qrupu bildirir.
Hesab olunur ki, 2017-ci ilin sonuna qədər isə dolların məzənnəsi 1,70 manat səviyyəsində sabit qalacaq.
"Ənənəvi olaraq payız aylarında məktəb mövsümünün başlaması ilə əlaqədar idxal mallarında yaranan artım dollara tələbi yüksəldir. Lakin bu proses artıq iyul ayında bitib. Belə ki, idxalçılar artıq mallarını sifariş edib və valyuta köçürmələrini tamamlayıb. Payız və qış aylarında azərbaycanlı turistlərin xaricə səfərləri də kəskin azalacağından, xarici valyutaya tələb minimum həddə enəcək. Əksinə, Azərbaycanı ziyarət edən turistlərin sayında isə ciddi azalma gözlənilmir", - deyə analitiklər qeyd ediblər.
Dolların məzənnəsinin sabit qalmasına əsas səbəblərdən biri bu il Azərbaycanın həyata keçirdiyi enerji layihələri çərçivəsində aldığı kreditlərin daxili valyuta bazarına daxil olması ilə bağlıdır. Qeyd edək ki, bu il Dünya Bankı Azərbaycana 800 mln. dollar, Asiya İnfrastruktur və İnkişaf Bankı 600 mln. dollar, Asiya İnkişaf Bankı isə 500 mln. dollar həcmində kredit ayırıb. Bununla yanaşı Asiya İnkişaf Bankı 2017-ci il üçün maliyyə bazarının sabitləşməsinə 500 mln. dollar kredit ayırıb. Həmçinin, Asiya İnkişaf Bankının "Azərişıq" ASC-yə elektrik paylayıcı şəbəkənin yenidən qurulmasına ayırdığı 750 mln. dollar investisiyanın tranşlarla ödənilməsi, Dünya Bankının Bakı-Şamaxı avtomobil yolunun yenidən qurulmasına ayırdığı vəsait daxili valyuta bazarında valyuta bolluğunun təmin edilməsinə kömək edib. Təbii ki, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) büdcə köçürmələri nəticəsində də valyuta bazarında fəaliyyəti dolların məzənnəsinin sabitliyinə təsir edən əsas amillərdən biri sayılır.
Agentliyin ekspertləri hesab edirlər ki, dolların məzənnəsinin sabitliyinə həmçinin xarici amillərin təsiri böyükdür. Belə ki, Azərbaycanın əsas ticarət tərəfdaşları olan Rusiya, Türkiyə və Çin kimi ölkələrin yerli valyutalarında sabitlik və ümumiyyətlə, dünya iqtisadiyyatında bu il müşahidə olunan müsbət tendensiya inkişaf etməkdə olan ölkələrin valyutalarına mənfi təsir etməyib.
"Gələn il Azərbaycanda dolların bir qədər də möhkəmlənməsi əsasən neft qiymətlərinin 50 dollar/barel və daha yüksək səviyyədə qalması ilə əlaqədar olacaq. Lakin qeyd etməliyik ki, 2018-ci ilin II yarısından başlayaraq dünya maliyyə bazarlarında dolların möhkəmlənməsi, neft qiymətlərinin düşməsi gözləntiləri fonunda Azərbaycanda da dolların məzənnəsi yüksələ bilər. 2019-cu ildə qlobal iqtisadiyyatda faizlərin yüksəlməsi, neft qiymətlərinin kəskin azalması ehtimallarının artması dolların məzənnəsinin yenidən artmasına gətirib çıxara bilər", - deyə analitiklər əlavə ediblər.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 4 saat əvvəl
-
-
8 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
8 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
8 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb

























