Dünyada korporativ defoltların sayı 2009-cu il böhranından bəri ən yüksək səviyyədədir
Dünyada korporativ defoltların sayı 2024-cü ilin əvvəlindən 29-a çatıb. Bu, 2009-cu ilin qlobal maliyyə böhranından bəri il ərzində ən yüksək göstəricidir.
Marja.az xəbər verir ki, "Financial Times" "S&P Global Ratings"in hesabatına istinadən yazır.
Ümumilikdə ABŞ-da 17 korporativ defolt elan edilib.
Avropada şirkətlər istiqraz borcları üzrə səkkiz defolt elan ediblər - bu qlobal maliyyə böhranından sonra hər il olduğundan iki dəfə çoxdur. ABŞ və Avropadan kənarda dörd korporativ defolt elan edilib.
İlin əvvəlindən bəri korporativ defoltların 40%-i səhiyyə, media və əyləncə sektorlarında baş verib.
"S&P Global Ratings"in proqnozuna əsasən, gələcəkdə səhiyyə və istehlak sektorlarında daha bir neçə şirkət korporativ borclar üzrə öhdəlikləri ödəyə bilmədiklərini bəyan edə bilər. Analitiklər ilin sonuna qədər Avropada korporativ defoltların sayının artacağını, pikin yayda olacağını da gözləyirlər.
"S&P Global Ratings"in ekspertləri defoltların sayının artmasının əsas səbəbləri kimi mərkəzi bankların yüksək faiz dərəcələrini, eləcə də davamlı inflyasiyanı göstəriblər.
Korporativ defolt ölkə və ya bir şirkətin istiqrazlar üzrə faizləri ödəmədikdə baş verir. Korporativ defolt faktiki iflas sayılır, yəni borclu məhkəmə tərəfindən müflis elan edilir. Başqa sözlə, korporativ defolt borclunun məhkəmədə kreditorların təzyiqindən müdafiə etdiyi bir defolt vəziyyətidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
6 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
















.jpg)


