Azərbaycanın yük aviaşirkəti daha bir təyyarə alır
Xəzər və Mərkəzi Asiya regionunun aparıcı yük aviaşirkəti olan Silk Way West Airlines müasir və ekoloji cəhətdən təmiz donanmanın yenilənməsi öhdəliyinə sadiq qalaraq, 2025-ci ildə təhvil verilməsi planlaşdırılan əlavə Boeing 777 Freighter yük təyyarəsinin alınması üçün Boeing ilə mövcud olan müqaviləyə əlavə razılaşma imzalayıb.
Silk Way West Airlines-in yaydığı məlumatda bildirilir ki, bu saziş 2021-ci ilin aprelində imzalanmış əsas müqaviləyə əlavədir və Silk Way West Airlines-ın hava yük daşınması sənayesində davamlılığa sadiqliyini bir daha nümayiş etdirir.
Əsas müqaviləyə istinadən Silk Way West Airlines beş ən müasir Boeing 777 Freighter təyyarəsi əldə edir, onlardan ikisi artıq Bakıya çatdırılıb, digərlərinin çatdırılması isə 2027-ci ilin sonunadək gözlənilir.
Qabaqcıl texnologiyalarına görə Boeing 777 Freighter digər yük təyyarələri ilə müqayisədə daha az emissiya və yanacaq sərfiyyatı təklif edərək, ekoloji göstəriciləri ilə tanınır. Bu təyyarə ətraf mühitə təsirini azaltmaqla yanaşı, əməliyyat səmərəliliyini artıran innovativ xüsusiyyət və texnologiyalarla təchiz edilmişdir. Yüngül kompozit materiallardan hazırlanmış və qabaqcıl aerodinamikaya malik olan Boeing 777 Freighter hava yüklərinin daşınmasında davamlılıq üçün yeni standartlar müəyyən edir.
Silk Way Group-un prezidenti cənab Zaur Axundov bildirib: “Biz davamlılıq prinsiplərimizə sadiq qalaraq, Silk Way West Airlines şirkətinin ətraf mühitə təsirini azaltmağa çalışırıq. Daha bir Boeing 777 Freighter təyyarəsinin alınması məsuliyyətli davranış və karbon emissiyalarını minimuma çatdırmaq üçün davamlı səylərimizin nümayişidir. Donanmamızı yeniləmək və aviasiya sənayesinin yaşıl gələcəyinə töhfə vermək üçün Boeing ilə əməkdaşlıq etməkdən qürur duyuruq."
Boeing şirkətinin Avrasiya regionunda kommersiya satışları və marketinq üzrə vitse-prezidenti Pol Riqi deyib: “Boeing 777 Freighter-in bənzərsiz tutumu və səmərəliliyi Silk Way West Airlines-ın dünya səviyyəli yükdaşıma əməliyyatlarını genişləndirməyə kömək edəcək. Aviaşirkət müasir təyyarə parkının qurulmasına davam edərkən, biz bu səyahətin bir hissəsi olmaqdan və Silk Way West Airlines-a gələcək inkişafını dəstəkləmək üçün ən yaxşı həllər təqdim edirik”.
Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş Silk Way West Airlines Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən 14 müasir Boeing 777F, Boeing 747-8F və 747-400F yük təyyarəsindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə hər ay yüzlərcə uçuş həyata keçirir. Donanmasını genişləndirən Silk Way West Airlines 28 aprel 2021-ci ildə beş yeni 777F təyyarəsinin alınması üçün Boeing ilə strateji müqavilə imzalayıb, ardınca daha iki ən müasir 777-8F yük təyyarəsinin alınması üçün 10 noyabr 2022-ci ildə müqavilə imza atıb. Həmçinin 28 iyun 2022-ci ildə Airbus ilə iki A350F yük təyyarəsinin alınması barədə razılığa gəlib.
Aviaşirkətin illik yükdaşıma dövriyyəsi 500.000 tondan artıqdır, genişlənən marşrut şəbəkəsi isə Amerika, Avropa, MDB ölkələri, Yaxın Şərq, Mərkəzi və Şərqi Asiya üzrə 40-dan çox istiqaməti əhatə edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
5 saat əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
23 saat əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
1 gün əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
1 gün əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
1 gün əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 1 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi




















