Yaponiya 17 ildən sonra faiz artırdı
Yaponiya Mərkəzi Bankı (BOJ) 2016-cı ildə başladığı mənfi faiz siyasətini dayandırıb. BOJ faizini -0.1% - 0% aralığından 0% - 0.1% aralığına qədər artırıb.Yaponiya Mərkəzi Bankı (BOJ) 2007-ci ildən bəri ilk dəfə faiz dərəcələrini artıraraq, bu il güclü əmək haqqı artımının ilk əlamətləri fonunda dünyanın sonuncu mənfi faiz dərəcəsi rejiminə son qoyub.
Marja.az xəbər verir ki, iki günlük iclasının sonunda edilən açıqlamaya görə, BOJ qısamüddətli faiz dərəcələrini mənfi 0,1 faizdən 0,1%-ə qədər yüksəldib ( -0.1% - 0% aralığından 0% - 0.1% aralığına qaldırıb). Yaponiyanın mənfi faiz rejimi 2016-cı ildən qüvvədə idi.
Bu qərarın qəbul edilməsinə səbəb əmək haqqının davamlı artımı və əhalinin gəlirlərinin artması olub ki, bu da 2% hədəf səviyyəsində sabit inflyasiyanın əldə olunmasına şərait yaradır.
BOJ, mərkəzi bank tərəfindən lazım gəldikdə istiqrazların alışı və satışı ilə uzunmüddətli faiz dərəcələrini hədəfləmək üçün istifadə etdiyi Yaponiyanın 10 illik dövlət istiqrazları üzrə radikal gəlirlilik əyrisinə nəzarət siyasətinin dayandırıldığını açıqlayıb.
BOJ, Fond Birjasında və Yaponiya daşınmaz əmlak fondlarında (J-REITS) ticarət edilən vəsaitlərin alışını dayandıracağını və korporativ istiqraz alışlarını tədricən azaldacağını qeyd edərək, təxminən bir il ərzində bu tətbiqi dayandırmağı hədəflədiyini bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
7 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir


















