Qlobal pizza brendi Dodo Pizza-nın Azərbaycanda ilk restoranı açılır - TARİX
BÖYÜK AÇILIŞ: DODO PİZZA BAKIDAŞənbə günü, aprelin 13-də, Dodo Pizzanın ilk restoranının rəsmi açılışı keçiriləcək.
Açılışda musiqi, animatorlar, 100% uduşlu Çərxi-Fələk, müxtəlif müsabiqələr, uşaqlar üçün əyləncə proqramı və 1 illik pulsuz dodster və pizza ehtiyyatı öz sahibini tapaçaq. Gün ərzində bütün müştərilər müsabiqələrdə iştirak etmək və dadlı hədiyyələr qazanmaq imkanı qazanacaqlar.
Odur ki, hamı dəvətlidir.
Restoran Nərimanov metro stansiyasının Uşaq stomatoloji poliklinikası tərəfə çıxışında Mirzəbala Əhmədzadə küç., 13 ünvanda yerləşir.
Restoran dünya nəhənginin sayca 1004-cü restoranıdır. Azərbaycanda ümumilikdə 20 restoran açmağı planlaşdıran şirkət yüksək servis və keyfiyyət standartları ilə məşhurlaşıb.
Dodo Pizza beynəlxalq restoranlar şəbəkəsidir. Şirkət prosesləri təkmilləşdirmək və stabil, yüksək keyfiyyətli məhsul hazırlamaq üçün informasiya texnologiyalarından geniş istifadə edir.
Dodo Pizzanın ilk restoranı 2011-ci ildə Sıktıvkar şəhərində (Rusiya) açılıb. Ciddi standartlar və özəl informasiya sistemi sayəsində iki ay ərzində şirkət əməliyyat mənfəətinə çıxmış və bir ildən az müddətdə bütün xərcləri ödəmişdi.
Dodo Pizza dünyada ilk dəfə kvadrokopterlə pizza çatdırılmasını həyata keçirmiş, çoxdəfəlik ekoloji təmiz qablaşma tətbiq etmiş və süni intellektin yaratdığı resept üzrə pizza təqdim edən bir markadır.
İlk gündən restoranda ləzzətli pizza hazırlamağa, sifarişləri dəqiq yerinə yetirməyə, pik saatlarda prosesləri idarə etməyə kömək edən texnologiyalar istismar olunur. Dodo Pizza dünyanın 21 ölkəsində fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
44 d. əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 1 saat əvvəl
-
1 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
-
2 saat əvvəl
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
-
4 saat əvvəl
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
Ən çox oxunanlar
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib




























