Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalandı
Frankfurt-Maynda keçirilən nüfuzlu “Passenger Terminal Expo 2024” konfransında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS) direktoru Fərxan Quliyev və “DFS Aviation Services” şirkətinin icraçı direktoru Andreas Petç əməkdaşlığın genişləndirilməsinə dair müqavilə imzalayıblar.
Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, “DFS Group” şirkətinin bir hissəsi olan “DFS Aviation Services” Almaniyanın aeronaviqasiya xidmətləri təminatçısı və bu sahə üzrə dünya liderlərindən biridir.
Sözügedən müqavilə Laçın Beynəlxalq Hava Limanının qabaqcıl “Phoenix” hava hərəkətinə nəzarət sistemi ilə təchiz edilməsini əhatə edir. Bu addım AZAL-ın davamlı inkişafa və göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə töhfə verdiyini vurğulayır.
Səmərəliliyi və etibarlılığı ilə tanınan “Phoenix” sistemi Azərbaycanın hava limanlarında, o cümlədən Füzuli və Zəngilan aeroportlarında AZANS-ın altı hava hərəkətinin idarəedilməsi qülləsində uğurla fəaliyyət göstərir. Bundan əlavə, sistem “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin Hava Hərəkətinin İdarəedilməsi Baş Mərkəzi üçün ehtiyat sistem kimi istifadə olunur.
AZANS və “DFS Aviation Services” müxtəlif təşəbbüslər üzərində işləyir. Qeyd edək ki, AZANS və Milli Aviasiya Akademiyası Azərbaycanda aviadispetçerlərin hazırlığı üzrə vahid mərkəzin yaradılması layihəsini həyata keçirir. Bu mərkəz “DFS Aviation Services” şirkətinin təlim materialları və standartları ilə təchiz olunacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
15 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir




















.jpg)
