2024-cü ilin sürprizi: Dolların bahalaşması
2024-cü ilin ötən dövründə qlobal investorlar üçün bir sıra gözlənilməz hadisələr baş verib. Bu sürprizlərdən biri də dolların bahalaşması olub.
Dolların ucuzlaşacağını proqnozlaşdıraraq 2024-cü ilə daxil olan investorlar, "ABŞ iqtisadiyyatının həddindən artıq "qızması" və FED-in faiz dərəcələrini endirməsini təxirə salmasını tələb edən inadkar inflyasiya səbəbindən" mövqelərini nəzərdən keçirməli olurlar.
Beynəlxalq Valyuta Fondu (BVF) ABŞ-da iqtisadi artımın digər G-7 ölkələrindən iki dəfə sürətli olacağını gözləyir. “ABŞ-ın istisna olduğu” barədə açıqlama da səhmləri və istiqraz gəlirlərini dəstəkləyir və dolların cəlbediciliyini artırır. Geosiyasi gərginlik də dolları etibarlı "sığınacaq" kimi dəstəkləyən amildir.
Bu hadisələr dünyanın ikinci ən böyük fond idarəçiliyi şirkəti olan Vanguard Group-un dolların uzunmüddətli bahalaşmasını proqnozlaşdırmasına səbəb olub. UBS Asset Management isə dolların normal dəyərindən 20 faiz baha olmasına baxmayaraq, yəqin ki, daha da dəyər qazanacağını proqnozlaşdırır. Wells Fargo İnvestisiya İnstitutu da dolların bahalaşmasının 2025-ci ilə qədər uzanacağını düşünür.
Vanguard-dan Ales Koutny, "Əgər digər ölkələr ABŞ-ın iqtisadi artımı və inflyasiya göstəriciləri ilə ayaqlaşa bilməsələr, dolları almaqdan başqa çarə qalmayacaq. Əvvəllər bizim üçün çox taktiki ticarət olan dollar almaq, indi daha uzunmüddətli strategiyaya çevrilib", - deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 10 saat əvvəl
-
10 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
18 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)








.jpg)






