Azərbaycanın polad istehsalı zavodunun xalis mənfəəti 3 dəfədən çox azalıb
"El Metal Plus" QSC 2023-cü ili 1 milyon 55 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ili 3 milyon 505 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "El Metal Plus" şirkətinin 2023-cü ildə xalis mənfəəti 2022-ci illə müqayisədə 3,3 dəfə azalıb.
Marja.az xəbər verir ki, xalis mənfəətin azalması satış gəlirlərinin azalması və inzibati xərclərn kəskin artması ilə əlaqədardır. Belə ki, "El Metal Plus" şirkətinin əsas əməliyyat gələrləri (satış) 2022-ci ildə 57 milyon 284 min manat ikən, 2023-cü ildə 54 min 196 min manata düşüb (3 milyon 88 min manat azalıb). Şirkətin inzibati xərcləri isə 2022-ci ildəki 2 milyon 519 min manatdan 2023-cü ildə 9 milyon 309 min manata yüksəlib.
“EL METAL PLUS” Qapalı Səhmdar Cəmiyyət (polad istehsalı zavodu) “EL Holdinq” şirkətlər qrupuna daxildir. “EL METAL PLUS” QSC polad istehsalı zavodu 2016-ci ildən fəaliyyət göstərir. Zavodda metal qırıntılarından polad istehsal edilərək yarımfabrikatlar (pəstahlar) və tikinti armaturu istehsal olunur.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 7 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Heç bir bankda qeyri-faiz gəlirləri qeyri-faiz xərclərini qarşılamayıb - CƏDVƏL
- 2 saat əvvəl
-
2 saat əvvəl
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tesla-dan böyük qiymət endirimi
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Rəsmi məzənnələr açıqlandı
“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi
























