Bank sektoru üzrə yeni rəqəmlər açıqlandı

Mərkəzi Bank Bank sektoru üzrə göstəriciləri açıqalyıb.
Qeyd edilib ki, fəaliyyətdə olan bankların cəmi aktivləri 48 milyard 909.9 milyon manat, cəmi öhdəlikləri 42 milyard 612.5 milyon manat, balans kapitalı 6 milyard 297.5 milyon manat olmuşdur. Mart ayında bank sektorunun cəmi aktivləri, cəmi öhdəlikləri və balans kapitalı müvafiq olaraq 0.4%, 0,2% və 1.8% artmışdır.
Mart ayında bankların kredit portfeli 1.1% və ya 269.6 milyon manat artaraq 24 milyard 102.6 milyon manat olmuşdur.
Kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 54.8% (13 milyard 201.5 milyon manat);
ıı) istehlak kreditləri – 29.6% (7 milyard 141.9 milyon manat)
ııı) ipoteka kreditləri – 15.6% (3 milyard 759.2 milyon manat). Mart ayında bankların biznes, istehlak və ipoteka portfeli müvafiq olaraq 137.8 milyon manat (+1.1%), 64.6 milyon manat (+0.9%) və 67.2 milyon manat (+1.8%) artmışdır.
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1 faiz bəndi azalaraq 1.9% təşkil etmişdir.
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 81.7%-i və ya 34 milyard 812.8 milyon manat. Depozit portfelinin 63%-i (21 mlyard 944.3 milyon manat) hüquqi şəxslərin, 37%-i (12 milyard 868.5 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Fiziki şəxslərin əmanət portfelinin 56.2%-i (7 milyard 226.7 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin əmanətlərinin 64.3%-i (8 milyard 280.4 milyon manat) milli valyutada, 35.7%-i (4 milyard 588.1 milyon manat) xarici valyutadadır. Hüquqi şəxslərin tələbli depozitləri 17 milyard 84.5 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 77.9%-ni təşkil etmişdir.
Fiziki şəxslərin əmanətlərinin (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri daxil olmaqla) dollarlaşması mart ayında əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 3 faiz bəndi azalaraq 35.1% təşkil etmişdir.
2024-cü ilin I rübündə banklar tərəfindən 311.5 milyon manat xalis mənfəət, 444.6 milyon manat məbləğində əməliyyat mənfəəti generasiya edilmişdir. Cari ilin yanvar-mart aylarında banklar tərəfindən ümumilikdə 72.9 milyon manat məbləğində mənfəət vergisi (2023-cü ilin müvafiq dövründə 68.4 milyon manat) ödənilmişdir.
31 mart 2024-cü il tarixinə fəaliyyət göstərən 23 bankın filiallarının sayı 476, şöbələrinin sayı 103, ATM-lərin sayı 3,080 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 0.7% və ya 158 nəfər artaraq 24 min nəfəri üstələmişdir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 6 gün sonra
-
39 d. əvvəl
Kreml Putinlə Azərbaycan liderinin telefon danışığını vacib adlandırıb
-
- 42 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Toyota yüz minlərlə avtomobili geri çağırır: Kamerasında texniki nasazlıq aşkarlanıb
-
1 saat əvvəl
Mərkəzi Bank müştəri hüquqlarının qorunması ilə bağlı yeni qaydalar üzərində işləyir
-
1 saat əvvəl
LG Electronics India-dan nəhəng IPO addımı - Səhmlərə böyük maraq var
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Bu gün "Ucuz Tesla” modeli təqdim olunacaq

BOKT “Caspian İnvest” 11-ci filialını Qazaxda açdı

Bankın Nəzarət şöbəsinə mütəxəssislər tələb olunur

Bankçılıqda yeni dövr: bütün hesab məlumatları eyni tətbiqdə!
Ən çox oxunanlar

Oktyabrın 8-də gözlənilən hava şəraiti

Mərkəzi Bank investisiya şirkətlərinin mənfəətliliyinin azalmasını şərtləndirən əsas amilləri açıqlayıb

Çin ardıcıl 11-ci aydır qızıl alır

İlham Əliyev Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb

"Əlavə xarici borclanma olacaq"

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
