"Rabitəbank" 15 milyon dollarlıq müqavilə imzaladı
"Rabitəbank" ASC Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə 15 milyon ABŞ dolları dəyərində müqavilə imzalayıb.
Müqaviləni Rabitəbankın İdarə Heyətinin sədri Aydın Hüseynov və Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyasının (ITFC) Baş icraçı direktoru, eləcə də Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (ICD - İslam İnkişaf Bankı qrupuna (IsDB) daxildir) baş direktoru vəzifəsini icra edən Hani Salem Sonbol imzalayıblar.
Tərəflər ölkə iqtisadiyyatının inkişafı istiqamətində IsDB ilə əməkdaşlığı, Azərbaycanda ticarətin maliyyələşdirilməsini, kiçik və orta biznesə (KOB) dəstək imkanlarının genişləndirilməsini müzakirə ediblər. Eləcə də islam maliyyəsinin tətbiqində Korporasiyanın roluna diqqət ayıraraq, bu istiqamətdə atılacaq növbəti birgə addımlara dair fikir mübadiləsi aparılıb. Müqavilə islam maliyyəsi prinsiplərinə uyğun olaraq kiçik və orta biznesə dəstək olmaqla, özəl sektorun müştərilərinin müxtəlif ehtiyaclarının qarşılanması üçün ticarətin maliyyələşdirilməsi mexanizmlərinin yaradılmasını nəzərdə tutur.
"Biz Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə bu mühüm sazişi imzalamaqdan və Azərbaycanda iqtisadi artımın təşviqinə dəstək verməkdən məmnunuq. Bu tərəfdaşlıq Rabitəbankın kiçik və orta biznesin inkişafını dəstəklədiyinə dair öhdəliyini vurğulayır. Milli iqtisadiyyatımızın inkişafına töhfə vermək üçün ticarətin maliyyələşdirilməsi təşəbbüslərini irəli sürmək və özəl sektor müştərilərimizi gücləndirmək üçün islam maliyyəsi prinsipləri ilə irəliləməyi hədəfləyirik", - deyə Aydın Hüseynov vurğulayıb.
"Rabitəbank" ilə bu əməkdaşlıq Azərbaycanda ticari maliyyələşdirmə üzrə daimi səylərimizdə konkret addımdır. Məqsədimiz lazımi maliyyə vasitələri və resursları təqdim etməklə özəl sektorun, xüsusilə də KOB-un inkişafını stimullaşdırmaqdır. Bu saziş İslam maliyyəsi prinsiplərinə əsaslanaraq milli iqtisadiyyatın inkişafına töhfə vermək səylərimizdə mühüm mərhələni təmsil edir", - deyə Hani Salem Sonbol deyib.
"Rabitəbank" ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 15 d. əvvəl
-
-
1 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
1 saat əvvəl
TƏBİB Vüqar Qurbanovun İcraçı direktor vəzifəsindən azad edildiyini təsdiqləyib
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Volkswagen 2028-ci ilin sonuna qədər xərcləri 20% azaltmağı planlaşdırır
-
4 saat əvvəl
Özbəkistandakı Azərbaycan kapitallı müəssisələrin sayı 368-ə çatıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
AZAL Şımkent şəhərinə müntəzəm reyslərə başlayır
Özbəkistandakı Azərbaycan kapitallı müəssisələrin sayı 368-ə çatıb
Fevralın 17-də gözlənilən hava şəraiti
AFB Bank uzunmüddətli strategiyasını açıqlayıb
"Uber" biznesini 7 Avropa ölkəsinə genişləndirir
Azərbaycanda 70 minə yaxın şirkət fəaliyyətini dayandırıb
Azərbaycanda ilk Korporativ Travel & Expense kartı təqdim edildi - Şirkətlər üçün yeni imkanlar
“Nağd pul ofisi”nin fəaliyyəti dayandırılır, xidməti ABB və Kapital Bank göstərəcək
Yeni şərtlər, yeni alətlər: UForex-də spredlər yarıya endirildi






















