ABŞ sanksiyalar siyahısına daha 37 Çin şirkətini əlavə edib
ABŞ texnologiyalar və pilotsuz aviasiya sahələrində fəaliyyət göstərən 37 Çin şirkətini ixrac nəzarətinin tətbiq ediləcəyi "müəssisələr siyahısı"na daxil etdiyini bildirib.ABŞ sanksiyalar siyahısına daha 37 Çin şirkətini əlavə edib.
ABŞ Ticarət Nazirliyindən verilən açıqlamada, sözügedən şirkətlərə qarşı ABŞ-ın milli təhlükəsizlik və xarici siyasət maraqlarına zidd fəaliyyət göstərdikləri üçün tədbirlər görüldüyü bildirilib.
Açıqlamada bildirilib ki, şirkətlərdən 22-si “Çinin kvant texnologiyaları sahəsindəki irəliləyişlərindəki rolu və bu sahədə ABŞ-da inkişaf etdirilən texnologiyaları əldə etməsi və ya əldə etməyə cəhd etməsi” səbəbilə sanksiyalar siyahısına daxil edilib. Bu fəaliyyətlərin hərbi sahədə konkret tətbiqləri ola biləcəyi qeyd edilib və bu səbəbdən ABŞ-ın milli təhlükəsizliyini təhdid etdiyi bildirilib.
Açıqlamada, bu şirkətlərdən bəzilərinin də Çinin nüvə proqramları ilə əlaqəli olduğu və “Rusiyanın Ukraynaya müdaxiləsindən sonra materialların bir hissəsini bu ölkəyə köçürdükləri” qeyd edilib.
Çindən reaksiya
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cien, qərarla bağlı verdiyi açıqlamada, ABŞ-ın Çin şirkətlərini hədəf almaq üçün bu metoddan sui-istifadə etdiyini bildirib.
Nəzarət olunan materialların Rusiyaya ötürüldüyü iddiası ilə bağlı sözçü Lin, "Çin və Rusiyanın normal iqtisadi və ticarət əlaqələri qurmaq hüququ var və bu əməkdaşlıq xarici müdaxilə ilə məhdudlaşdırıla bilməz" deyib.
O, ABŞ-ın "milli təhlükəsizlik risklərini" əsas gətirərək uzun müddətdir Çin şirkətlərini sıxışdırdığını qeyd edib.
Məhsul və ya xidmətlər hökumətin xüsusi icazəsi olmadan ABŞ ixrac nəzarəti siyahısında olan şirkətlərə satıla bilməz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
4 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
4 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
























