
Çin başda olmaqla, beynəlxalq satınalma və təchizat xidməti göstərən “Garant Company” 9 yaşını qeyd edir
“Garant Company” şirkəti sənaye məhsullarının Çin bazarında araşdırılması, satın alınması, təchizat prosesinin icrası, xüsusi sifarişlə məhsul istehsalı, beynəlxalq standartlara cavab verən müqavilələrin hazırlanması, anbarlama, məhsul keyfiyyətinin yoxlanılması, logistika və gömrük işinin təşkili xidmətlərini göstərir.
Məhsul ixracı üzrə dünyanın lokomotivi olan Çindən Azərbaycan, Gürcüstan, Türkiyə, Kanada və MDB bazarlarına müxtəlif təyinatlı sənaye məhsulları və avadanlıqlarının tədarükündə sahibkarların əsas partnyoru olan “Garant Company”nin fəaliyyətə başlamasından 9 il ötür.
2015-ci ildə Çin Xalq Respublikasının Yiwu şəhərində fəaliyyətə başlayan “Garant Company” hazırda beynəlxalq təchizat və satınalma sahəsində Azərbaycanın Çində fəaliyyət göstərən ən böyük şirkətidir. Şirkət, müştəri sifarişləri əsasında müxtəlif təyinatlı sənaye məhsullarının Çin bazarında araşdırılması, satınalma və təchizat prosesinin icrası, xüsusi sifarişlə məhsul istehsalı, beynəlxalq standartlara cavab verən müqavilələrin hazırlanması, anbarlama və məhsul keyfiyyətinin yoxlanılması, logistika və gömrük işinin təşkilini peşəkar və ixtisaslı kadrları vasitəsi ilə həyata keçirməktədir.
Qeyd edək ki, şirkət fəaliyyəti dövründə Çinin 700-dən çox istehsalçı fabriki ilə geniş partnyorluq əlaqələri qurmuşdur. Əlavə olaraq şirkətin Çin, Azərbaycan və Rusiyada ofislərinin olması məhsulun çeşidliliyi və keyfiyyətini artırmağa, beləliklə də təchizat zəncirinin təşkilini tam və qüsursuz icra etməyə imkan yaradır. Hazırda şirkət bir çox yerli sahibkar və dövlət qürumları ilə sıx əməkdaşlığını davam etdirməkdə və işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması prosesi çərçivəsində və ölkəmizdən kənarda davam edən bir sıra layihələrin icrasınında da biləvasitə iştirak etməkdədir.
Şirkət rəsmiləri bildirir ki, geridə qalan bir il şirkət üçün bir sıra mühüm hadisələrlə yadda qalmışdır. Belə ki, təchizat sahəsində göstərdiyimiz xidmətlərdən yüksək müştəri məmnuniyyəti və maliyyə sabitliyi nəticəsində şirkətin “kredit reytinqi” Çin höküməti tərəfindən AAA kateqoriyasına yüksəldilmişdir ki, “Garant Company” Çində bu kateqoriyaya layiq görülən ilk yerli şirkət olmuşdur. Əlavə olaraq şirkət fəaliyyət sahələrini daha da genişləndirərək məişət avadanlıqları sahəsində “Protechno” adı altında Çində yeni məhsul istehsalına başlamışdır.
Beləliklə, “Garant Company”, 9 illik fəaliyyəti dövründə təchizat sahəsində baş verən innovativ yeniliklərdən maksimum istifadə etməklə, müştərilərinə daha sürətli və sərfəli xidmət göstərməyi daim başlıca prioritet olaraq görür.
Garant Company LLC – Güvən hər zaman öndədir.
+86 131 7380 6285 (Çin ofisi)
+ 994 51 215 4400 (Azərbaycan ofisi)
+7 905 497 7222 (Rusiya ofisi)
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

“Sadəcə ad dəyişmədik, biz loyallıq anlayışını yenidən yazdıq” – Fərid İslamovla “Bir Bonus” haqqında müsahibə
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 4 gün sonra
-
- 3 gün sonra
- 33 d. əvvəl
-
40 d. əvvəl
Sabah "BİRKART BOKT"ın 2 milyon manatlıq istiqrazları yerləşdiriləcək
-
45 d. əvvəl
FMG şəhid və qazi övladlarını sevindirib, məktəb ləvazimatları hədiyyə edib
- 46 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda şirkətlərin say 8 faiz artaraq 200 minə yaxınlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
İdxal qiymətləri inflyasiyanın əsas xarici risk faktoru kimi hesab olunur
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Azərbaycanda illik inflyasiya daha da yavaşlayıb


Bank BTB-də “Qızıl Payız” kampaniyası

Azərbaycanda şirkətlərin say 8 faiz artaraq 200 minə yaxınlaşıb

“AzInTelecom”dan şəhid övladlarına dəstək
Ən çox oxunanlar

Cari əməliyyatlar balansında 6 ay ərzində 2.3 milyard dolları müsbət saldo qeydə alınıb

Mərkəzi Bank faizlərini dəyişməz saxladı

Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ

Çinli avtomobil nəhəngi GAC, 2027-yə qədər Avropada satışlarını 17 dəfə artırmağı hədəfləyir

Yeni iPhone-ların Azərbaycanda satışa çıxacağı tarix məlum olub

Hesablama Palatası Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyində ciddi maliyyə nöqsanları aşkar edib
