Peşə Təhsil Mərkəzində İngiltərə təcrübəsindən istifadə ediləcək
Azərbaycanda ilk dəfə olaraq peşə təhsil sistemində Böyük Britaniyanın “qaynaq işləri” təcrübəsi modelinin tətbiqinə başlanılır.
Agentliyin yaydığı məlumatda bildirilir ki, bu yenilik İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzində tətbiq ediləcək.
Mayın 15-də İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzi ilə Böyük Britaniyanın tədqiqat və texnologiya sahələrində uzunmüddətli təcrübəyə malik olan “TWI Ltd” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.
Sənədi Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov və "TWI” şirkətinin Azərbaycan filialının direktoru Kərim Şakuri imzalayıblar.
Memorandumda Peşə Təhsil Mərkəzi ilə “TWI Ltd” şirkəti arasında əməkdaşlıq əlaqələrinin qurulması, tələbələrin və müəllimlərin şirkətin innovativ layihələrinə cəlb edilməsi, birgə elmi-tədqiqat işlərinin aparılması üçün laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi, elmi-texniki və texnoloji problemləri əhatə edən yeni tədqiqatların aparılması və digər istiqamətlərdə əməkdaşlıq nəzərdə tutulub.
Qeyd edək ki,1922-ci ildə əsası qoyulan TWI LTD şirkətinin hazırda 60-dan çox ölkədə filialı mövcuddur və şirkətin ümumilikdə 1000-dən artıq əməkdaşı var. Şirkət tərəfindən dünyada hər il 20 mindən çox tələbəyə 100-dən artıq istiqamətdə təlimlər təşkil edilir.
HƏMÇİNİN OXU: Azərbaycanın Peşə Təhsil Mərkəzi İsveçrə Universiteti ilə əməkdaşlığa başlayır - ANLAŞMA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
3 d. əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
-
24 d. əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
29 d. əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
36 d. əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 47 d. əvvəl
- 52 d. əvvəl
-
1 saat əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
Xalq Bank I rübün yekunlarını açıqladı
Ən çox oxunanlar
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib
Rəsmi məzənnələr açıqlandı






.jpg)










.jpg)








