Toyota, Honda və Nissan avtomobillər üçün vahid proqram təminatı hazırlamağı planlaşdırır
Şirkətlər 2025-ci ildə birgə işə başlamaq niyyətindədirlərYaponiyanın üç ən böyük avtomobil istehsalçısı Toyota Motor, Honda Motor və Nissan Motor avtomobillər üçün proqram təminatının birgə hazırlanmasına başlamağı planlaşdırır.
Marja.az xəbər verir ki, bu barədə “Yomiuri Shimbun” qəzeti məlumat yayıb.
Məlumata görə, şirkətlər öz avtomobilləri üçün fərdi proqram təminatı sistemindən uzaqlaşaraq vahid birgə sistem hazırlamağı planlaşdırır. Bu addım, proqram təminatının yaradılması və tətbiqi prosesini daha səmərəli və məhsulun özünü daha rəqabətli etmək üçün nəzərdə tutulmuşdur. Birgə işə 2025-ci ildə başlanması planlaşdırılır. Gələcəkdə bu prosesə digər Yaponiya avtomobil şirkətlərinin - Suzuki, Mazda, Subaru və Mitsubishi Motors-un da cəlb edilməsi planlaşdırılır.
Nəşrin yazdığına görə, konsernlər bu addımı atmağa qərar veriblər ki, onlar avtomobillər, o cümlədən elektromobillər üçün proqram təminatı bazarında lider olan ABŞ və Çinlə rəqabət aparsınlar.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
- 14 d. əvvəl
-
- 28 d. əvvəl
- 31 d. əvvəl
-
1 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
-
3 saat əvvəl
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
Ən çox oxunanlar
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI
İyunun 13-də gözlənilən hava şəraiti























