“PAŞA Kapital”, “PASHA Yatırım Bankası”nın 25 milyon dollarlıq istiqrazlarını yerləşdirəcək
“PAŞA Kapital” dollarda yüksək gəlir əldə etmək istəyən investorları abunə yazılışında iştirak etməyə dəvət edir.PAŞA Kapital İnvestisiya Şirkəti QSC tərəfindən Bakı Fond Birjasında "PASHA Yatırım Bankası” A.Ş-nin sənədsiz, adlı, faizli, təmin edilməmiş istiqrazları yerləşdiriləcəkdir.
Yerləşdiriləcək istiqrazların hər birinin nominal dəyəri 1000 ABŞ dolları, ümumi həcmi 25 000 000 ABŞ dolları təşkil edir.
Qiymətli kağızların əsas anderrayteri qismində isə Azərbaycanın kapital bazarında fəaliyyət göstərən şirkətlər sırasında ən böyük dövriyyəyə malik olan “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC çıxış edir.
Tədavül müddəti 18 ay olan bu istiqrazlar investorlara illik 6,19% gəlirlilik təmin edəcək.
İstiqrazların faiz ödənişindən Türkiyə Respublikasının qanunvericiliyinə əsasən 3% ödəmə mənbəyində vergi (ÖMV) tutulacaqdır.
Əlavə olaraq isə fiziki şəxslərə ödəniləcək faiz ödənişindən yerli qanunvericiliyə əsasən 10% ödəmə mənbəyində vergi (ÖMV) tutulacaqdır.
Belə ki, hüquqi şəxslərin gəliri 6.00%, fiziki şəxslərin gəliri 5.40% təşkil edəcəkdir. Kupon faizlərinin ödəniş müddəti isə ildə günlərin sayı 360 və bir ayda günlərin sayı 30 gün olaraq götürülməklə, 90 gündən bir həyata keçiriləcəkdir.
Qeyd edək ki, 15-29 may 2024-cü il tarixləri aralığında Bakı Fond Birjasında "PASHA Yatırım Bankası” istiqrazları üzrə abunə yazılışı baş tutacaq. Yerləşdirmə isə 30 may 2024-cü il tarixinə təyin edilib.
“PAŞA Kapital” dollarda yüksək gəlir əldə etmək istəyən investorları abunə yazılışında iştirak etməyə dəvət edir.
Yatırım üsulları və təqdim edilən qiymətli kağızlarla bağlı ətraflı məlumat almaq üçün investisiya şirkətinin peşəkar mütəxəssislərin ilə əlaqə saxlamağınız kifayətdir.
Müraciət üçün əlaqə nömrəsi: 1548
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 6 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Heç bir bankda qeyri-faiz gəlirləri qeyri-faiz xərclərini qarşılamayıb - CƏDVƏL
- 2 saat əvvəl
-
2 saat əvvəl
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tesla-dan böyük qiymət endirimi
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Rəsmi məzənnələr açıqlandı
“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi























