Azərbaycan şirkəti yapon avtomobillərinin xaricə satışından gəlirini 4 dəfə artırıb
“Rotary Motors” şirkəti avtomobillərin yenidən ixracından gəlirini 4 dəfə artırıb. Şirkətin daxili bazarda pərakəndə satışları isə 2 dəfə azalıb.
Azərbaycanda Mazda avtomobillərinin rəsmi idxalçısı “Rotary Motors” MMC 2023-cü ili 3 milyon 29 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ili 1 milyon 591 min manat, 2021-ci ili isə 423 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il “Rotary Motors”ın xalis mənfəəti 1,9 dəfə artıb.
Marja.az Şirkətin 2023-ci il üzrə konsolidə edilmiş maliyyə hesabatına istinadən xəbər verir ki, 2023-cü ildə “Rotary Motors”ın satışdan cəmi gəlirləri 25 milyon 132 min manat, cəmi satış xərcləri 19 milyon 240 min manat təşkil edib.
2022-ci ildə “Rotary Motors”ın satışdan cəmi gəlirləri 19 milyon 482 min manat, cəmi xərcləri 14 milyon 896 min manat təşkil etmişdi.
Diqqəti çəkən, idxal edilən avtomobillərin yenidən ixracından satış gəlirlərinin 4 dəfədən çox artaraq 11 milyon 185 min manat təşkil etməsidir. 2022-ci ildə Şirkət avtomobillərin yenidən ixracından 2 milyon 770 min manat gəlir əldə etmişdi.
Ötən il “Rotary Motors”ın daxili bazarda pərakəndə satışları2 dəfə azalaraq 7 milyon 334 min manata düşüb. 2022-ci ildə Şirkətin daxili bazarda pərakəndə satışları 11 milyon 664 min manat təşkil etmişdi.
Ötən il “Rotary Motors” avtomobillərin ehtiyat hissələrinin satışından 6 milyon 102 min manat, servis xidmətlərindən 510 min manat gəlir götürüb. 2022-ci ildə Şirkət avtomobillərin ehtiyat hissələrinin satışından 4 milyon 519 min manat, servis xidmətlərindən 530 min manat gəlir əldə etmişdi. “Rotary Motors” şirkətinin ehtiyat hissələrinin yenidən ixracından illik gəliri 2022-ci ildəki 2 milyon 844 min manatdan 2023-cü ildə 4 milyon 533 min manata yüksəlib.
"Rotary Motors" MMC dünya şöhrətli "Mazda Motors Corporation" şirkətinin Azərbaycanda rəsmi və yeganə distribyutorudur.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 saat əvvəl
Azərbaycanın alüminium nəhəngi böyüyür - mənfəəti 5,7 dəfə artıb
-
4 saat əvvəl
Əhali tərəfindən Azərbaycana 1.4 milyard dollarlıq məhsul idxal edilib
-
-
4 saat əvvəl
Bu torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində tikililər inşa edilə və quraşdırıla bilər
-
4 saat əvvəl
Mahmud Abbas: HAMAS-ın gələcəyi yoxdur, silahı yerə qoymalıdırlar
- 4 saat əvvəl
-
5 saat əvvəl
Avropa bankı Azərbaycanda ilk dəfə istiqraz buraxır - MƏBLƏĞ
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakı Fond Birjasından "FINCA Azerbaijan"ın istiqrazları ilə bağlı qərar
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
"Ülker" məhsullarının topdan və pərakəndə satıldığı mağaza açılıb
Son Xəbərlər

Azərbaycanın alüminium nəhəngi böyüyür - mənfəəti 5,7 dəfə artıb

Bu torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində tikililər inşa edilə və quraşdırıla bilər

“Azkredit"in xalis mənfəəti artıb

Dövlət Qulluğu Məcəlləsi hazırlanacaq

"Ülker" məhsullarının topdan və pərakəndə satıldığı mağaza açılıb
Ən çox oxunanlar

“E-qanun.ai” platformasının təqdimat mərasimi keçirilib

Temperatur enəcək, yağış yağacaq, leysan olacaq - XƏBƏRDARLIQ

"Bu emissiya Bank of Baku-nun güclü imicini ortaya qoydu" - MÜSAHİBƏ

Qatar ilə Gəncə–Mingəçevir–Ağstafa marşrutu üzrə sərnişin daşımalarına başlanılır - QİYMƏTLƏR

Sabahdan Bakı-Ağdam müntəzəm avtobus reysi işə düşəcək - Gediş haqqı qiyməti məlum oldu
