Unicapital İnvestisiya Şirkəti beynəlxalq "FINTEX SUMMIT 2024"də iştirak etdi
(®) 15-16 may 2024-cü il tarixlərində Bakıda “Bank və Maliyyə Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, FinTex və Təhlükəsizlik” mövzusunda "FINTEX SUMMIT 2024" forumu keçirilib.
Forumda tənzimləyici orqan, banklar, fintexlər, assosiasiyalar, beynəlxalq maliyyə təşkilatları, yerli səfirliklər, akademik dairələr, tanınmış yerli və xarici şirkətlərin səlahiyyətli nümayəndələri və influenserlər iştirak edib. Zirvə görüşü Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Fintex Assosiasiyası, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Maliyyə Monitorinqi Xidmətinin birgə dəstəyi həyata keçirilib.
Ümumilikdə açılış nitqi və 8 paneldən ibarət olan tədbirdə, Unicapital İnvestisiya Şirkətinin Baş Direktoru Vüqar Namazov “İnvestisiya xidməti pərakəndə müştəri təcrübəsini necə dəyişir?” mövzusunda çıxış edib.
O, öz çıxışı zamanı müasir dövrdə investisiya bankçılığı və fintexin önəmini vurğulayaraq, Unicapital-ın innovativ rəqəmsal həlləri, daxili bazara gətirdiyi yeni texnoloji sistemlər kimi müxtəlif səpkili mövzulara toxunub.
Yerli maliyyə qurumlarının çıxışları ilə davam edən tədbirin sonunda Unicapital İnvestisiya Şirkəti Azərbaycan Banklar Assosiasiyası tərəfindən “Main Partner” nominasiyası üzrə mükafata layiq görülüb. Xatırladaq ki, Unicapital İ.Ş. ölkəmizin ən qabaqcıl investisiya şirkətlərindən biridir və nizamnamə kapitalı 100%-lik “Unibank” KB ASC-yə məxsusdur.
Şirkət haqqında ətraflı məlumat üçün: https: //unicapital.az
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 6 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Heç bir bankda qeyri-faiz gəlirləri qeyri-faiz xərclərini qarşılamayıb - CƏDVƏL
- 2 saat əvvəl
-
2 saat əvvəl
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tesla-dan böyük qiymət endirimi
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Rəsmi məzənnələr açıqlandı
“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi
























