Heyvan satışı bazarı olan "Kamil-M” şirkətinin rəhbərliyi cərimələnib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Ağdaş rayonu, Aşağı Zeynəddin kəndi ərazisində fəaliyyət göstərən "Kamil-M” MMC-yə məxsus heyvan satışı bazarında yoxlama aparılıb. Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu aşkarlanıb.
Agentliyin yaydığı məlumatda bildirilir ki, bazar ərazisində diri heyvan satışı ilə yanaşı müxtəlif çeşiddə qida məhsullarının satışının həyata keçirildiyi, həmçinin ictimai iaşə xidmətinin göstərildiyi məlum olub.
Bazar ərazisində mal qonşuluğu prinsipinə və temperatur rejiminə əməl olunmadığı, piştaxtalar üzərində müxtəlif növ unlu-qənnadı məhsullarının açıq şəkildə satışının həyata keçirildiyi, qida məhsullarının saxlanılması üçün müvafiq avadanlıqların mövcud olmadığı, üzərində etiket məlumatı və qida təhlükəsizliyi sahəsində müvafiq müşayiətedici sənədləri olmayan konservləşdirilmiş və bal məhsullarının satışının həyata keçirildiyi, müxtəlif növ qida məhsullarının yerdən ara məsafəsi gözlənilmədən və birbaşa torpaq üzərinə yığıldığı aşkarlanıb. Həmçinin bazar ərazisində fəaliyyət göstərən ictimai iaşə obyektinin sanitar-texniki və sanitar-gigiyenik tələblərə cavab vermədiyi, mətbəx sahəsinin tavan, döşəmə və divarlarının asan yuyulabilən və təmizlənən materiallarla üzlənmədiyi, işçi heyətin xüsusi geyimlə təmin olunmadığı və gigiyena qaydalarına əməl edilmədiyi, mütəmadi təmizlik işlərinin aparılmadığı müəyyən olunub.
Faktla bağlı bazar rəhbərliyi barəsində inzibati protokol tərtib olunub. Eyni zamanda bazarda qida məhsullarının satışının qadağan olunması və ictimai iaşə fəaliyyətinin dayandırılmasına dair məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.
Agentlik bir daha bazar rəhbərlərinin nəzərinə çatdırır ki, qida təhlükəsizliyi tələblərinin əməl olunmadığı bazarlarla bağlı ən sərt tədbirlər görüləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 15 saat əvvəl
-
17 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 17 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















