Microsoft, Nvidia və Apple-ın səhmlərinin cəmi dəyəri S&P 500-ün 20%-ni ötüb
Dow Jones Market Data-nın məlumatına görə, Microsoft, Nvidia və Apple şirkətlərinin səhmlərinin cəmi bazar dəyəri 2000-ci ildən bəri ilk dəfə olaraq S&P 500 indeksinin dəyərinin 20%-dən çoxunu təşkil edib.
Marja.az xəbər verir ki, Bespoke Investment Group-a görə, bu, cəmi üç səhmin yüzlərlə digər şirkətin səhmlərindən daha dəyərlid olması deməkdir. Belə bir vəziyyət cəmi 3 şirkətin İndeksə daha çox təsir edə bilməsinə səbəb olur.
Bu vəziyyət də investorları narahat etməyə başlayıb.
Fairlead Strategies-in qurucusu Katie Stockton, "Nvidia və digər meqa kapitallaşmaya malik şirkətlərin gücü, bazarın bir çox digər sahələrində zəifliyi gizlədib" deyib. Onun sözlərinə görə, kiçik və orta səviyyəli şirkətlərin indeksləri, həmçinin Dow Jones Industrial Average pisləşmə əlamətləri göstərir.
Eyni zamanda, texnoloji cəhətdən ağır olan Nasdaq-100 indeksində konsentrasiya S&P 500-dən də yüksəkdir. Microsoft, Nvidia və Apple 2023-cü ilin noyabrından bəri ilk dəfə olaraq Nasdaq-100 indeksinin dəyərinin 41%-ni təşkil edir.
Hər iki halda, bu qədər az səhmin (3 şirkətin) indeksin qazancına bu qədər töhfə verməsi yüksəliş trendinə şübhə edənləri gücləndirir. Bir çoxları hesab edir ki, ralli dayanarsa, bunun səbəbi 2023-cü ilin əvvəlindən S&P 500-ün qazanclarının böyük bir hissəsini təmin edən Nvidia kimi şirkətlərin səhmlərinin bahalaşmasının dayanması olacaqdır. Nvidia-nın bazar dəyəri keçən çərşənbə günü 3 trilyon dolları ötdükdən sonra bu narahatlıq yenidən gündəmə gəlib və şirkət Apple-ı keçərək ABŞ-da bazar kapitallaşmasına görə ikinci ən böyük şirkət olub.
Richard Bernstein Advisors-un hesablamalarına görə, bu il S&P 500-də səhmlərin yalnız 30%-i indeksin özündən daha yüksək artım tempi göstərib. Sonuncu dəfə belə aşağı rəqəmlər 1998-1999-cu illərdə, yəni təxminən “dot-com bubble” zamanı olub.
İnvestorlar üçün hazırkı bazar mühitinin "dot-com" dövrünə bənzədiyini iddia etmək çətindir. Ancaq bazar gələcəyə baxır və investorlar Nvidia kimi şirkətlərin nə qədər uzun müddətə yüksək inkişaf tempini qoruya biləcəyi ilə maraqlanır.
"Yarımkeçirici şirkətlər keçmişdə digər sənayelər kimi dövri artımlara səbəb olurlar. Nvidia, Wall Street-in qazanc artımı gözləntilərini qeyri-müəyyən müddətə keçə bilməyəcək. Buna görə də səhmlərin həddindən artıq qiymətləndiyini düşünürəm",- RBA-dan Richard Bernstein deyib.
Bazar ertəsi ticarət zamanı Nvidia səhmləri 2%, Apple - 0,8%, Microsoft səhmləri isə 0,8% bahalaşıb.
Nvidia-nın bazar dəyəri bu ilin əvvəlindən 2,4 dəfə (139%), Microsoft - 13,5%, Apple - cəmi 1,5% artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
21 saat əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
1 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
1 gün əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
1 gün əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
1 gün əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 1 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi













.jpg)



.jpg)


