
Azərbaycanın ilk və ən böyük mələk investor klubu qlobal startapa 25 min dollar yatırım etdi
Fərid İsmayılzadənin təsis etdiyi “Technovate-SABAH Mələk İnvestorlar Klubu” qlobal startap olan “One health Group”-na 25 000 ABŞ dolları məbləğində yatırım edib. One Health Group (OHG) tibbi texnologiya sahəsinə yenilik gətirmiş və missiyası sağlamlıq diaqnostikası, terapevtika, monitorinq və qabaqcıl analitikanı bazara çıxarmaqdır.
Azərbaycanda startap ekosisteminin inkişafına töhfə verən ilk və ən böyük “Technovate-SABAH Mələk İnvestorlar Klubu” qlobal startap olan “One health Group”-na 25 000 ABŞ dolları məbləğində yatırım edib.
“Technovate-SABAH Mələk İnvestorlar Klubu”nun yaydığı məlumatda bildirilir ki, One Health Group (OHG) tibbi texnologiya sahəsinə yenilik gətirmiş və missiyası sağlamlıq diaqnostikası, terapevtika, monitorinq və qabaqcıl analitikanı bazara çıxarmaqdır. OHG çox vaxt sağlamlığa dair məlumat çatışmazlığının səbəb olduğu heyvan və insan xəstəliklərinin qarşısını almaq üçün sağlamlığı qiymətləndirən texnologiya hazırlayıb və bu texnologiya ağıllı sensorlar və süni intellektdən istifadə edərək fərdiləşdirilmiş sağlamlığa dair daha real məlumatı təmin edir. OHG-nin məqsədi bir-biri ilə əlaqəli olan heyvan, insan və ətraf mühit məlumatlarını birləşdirən unikal sağlamlıq platformasını təmin etməkdir.
“OHG-nin “Technovate-SABAH Mələk İnvestorlar Klubu”nun Azərbaycanlı mələk investorlarından ibarət Seçki komitəsi qarşısında verdiyi ilk təqdimatında komitə üzvlərinin marağını qazanmış və innovativ məhsul olaraq qiymətləndirilmişdir. Biz əminik ki, OHG heyvan sağlamlığının uzaqdan yoxlanılmasını təmin etməyi hədəfləyən və səhiyyə sahəsində gələcəyin uğurlu metodunu gətirən bu startap uğurla irəliləyərək daha böyük nailiyyətlər əldə edəcək. Biz OHG komandasına ən xoş arzularımızı çatdırırıq və gələcək addımlarına sadiq investorlar kimi dəstəyimizi təsdiqləyirik”, - Klubun yeni icraçı direktoru Alya Abbaszadə bildirib.
Qlobal startapın rəhbəri Albert Di Rienzo isə göstərilən marağa və çoxsaylı məhsuldar görüşlər keçirərək verdiyi dəstəyinə görə Kluba öz təşəkkürünü bildirib.
Qeyd edək ki, “Technovate-Sabah Mələk İnvestorlar Klubu” Azərbaycanın ilk Mələk İnvestorlar Klubu olub ölkədə yerli investorları bir araya gətirərək investorlar şəbəkəsini formalaşdırmağı və eyni zamanda onların global startaplara investisiya qoymasına dəstək olaraq Azərbaycanda startap ekosisteminin inkişafına töhfə verir. Klub 2022-ci ildə “Technovate” şirkətinin rəhbəri Fərid İsmayılzadə və SABAH.hub tərəfindən təsis olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 4 gün sonra
- 4 gün sonra
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az -
3 saat əvvəl
Apple ABŞ-da iPhone Pro modellərinin qiymətini qaldırdı – 2017-dən bəri ilk dəfə
-
3 saat əvvəl
Apple-ın səhmləri iPhone 17-lərin təqdimatdan sonra ucuzlaşıb
-
4 saat əvvəl
Apple iPhone 17 təqdim edildi - İndiyədək buraxılmış ən nazik iPhone
-
8 saat əvvəl
İsrail Qətərin paytaxtına hücuma görə məsuliyyəti öz üzərinə götürüb
-
9 saat əvvəl
AYNA Bakı aeroportu ərazisinə daxil olan taksilərlə bağlı məsələyə münasibət bildirib
-
9 saat əvvəl
20 milyon manatlıq dövlət istiqrazlarına 141 milyon manatlıq sifariş
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Uşaqların sağlam gələcəyi üçün – PAŞA Həyat və Kaspi Kids birlikdə
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Apple-ın səhmləri iPhone 17-lərin təqdimatdan sonra ucuzlaşıb

İsrail Qətərin paytaxtına hücuma görə məsuliyyəti öz üzərinə götürüb

20 milyon manatlıq dövlət istiqrazlarına 141 milyon manatlıq sifariş

Duz gölünə çirkab su axıdanlar cərimələnəcək
Ən çox oxunanlar

Növbəti 4 gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Uşaqların sağlam gələcəyi üçün – PAŞA Həyat və Kaspi Kids birlikdə

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

O qədər təlabat olmuşdu ki, bitmişdi - Xüsusi şərtlərlə satılan yapon avtomobili yenidən satışda

AccessBank QSC təşkilatları tenderdə iştirak etməyə dəvət edir

Hava Limanından taksilərlə bağlı - Açıqlama

Bank mebel avadanlıqları satın alır
