MMF2024-ün ilk gününün (online) spikerləri bəlli oldu!
“Bilik təcrübədə tamamlanır” şüarı ilə bu il IX dəfə keçiriləcək Milli Marketinq Forumu 28, 29 və 30 iyun tarixlərində “Baku Marriott Hotel Boulevard”da keçiriləcək.
“Facemark” və “Fil Agency” şirkətlərinin birgə təşkilatçılığı ilə həyata keçiriləcək forum 9 paneldən ibarət olacaq. 500-dən çox şirkət nümayəndələrinin iştirakı ilə baş tutacaq tədbir ölkəmizdə marketinq sahəsinin inkişafına dəstəyi və sahə üzrə yerli kadrların daha da təkmilləşdirilməsini hədəfləyir.
28 iyun online, 29, 30 iyun tarixlərində offline davam edəcək tədbirin ilk günü “Təhsildə Marketinq və PR” paneli ilə başlayacaq. Panelin moderatoru “Libraff”ın PR meneceri Sərxan Rüstəmov, spikerləri isə “Baku Design Academy”nin təsisçisi Aysel Gülməmmədova, “Holberton School Azerbaijan” şirkətinin CEO-su Şəmsi Bayramzadə, UNEC müəllimi Qələndər Məmmədli, “Çapar” yayınlarının təsisçisi Yusif İlhamoğlu öz təcrübələrini bölüşəcəklər.
“Sosial Media və Kreativ” paneli “Adver.az” şirkətinin kreativ direktoru Teymur Məmmədovun moderatorluğu ilə baş tutacaq. “Admedia” şirkətinin rəqəmsal departamentin rəhbəri Fidan Həsənzadə, “BHB Strategic & Creative Co.” şirkətinin icraçı kreativ direktoru Ağarəcəb Cəfərov, “Kapital Bank”ın kreativ eksperti Eşqin İbrahimov, “Paşa Life” şirkətinin marketinq eksperti Mahal Abayeva sosial mediada ən son marketinq trendləri haqqında çıxış edəcəklər.
“Marketinq Kommunikasiyaları və Reklam” paneli "LİBRAFF" və "TEAS PRESS" Nəşriyyat Evinin Marketinq və PR Rəhbəri Afaq Hüseynəliyevanın moderatorluğu ilə keçiriləcək. “LİV Bona Dea Hospital”ın marketinq mütəxəssisi Günay İmanova, “AI İnara Group”un təsisçisi İnara İbrahim, “Endorphin” agentliyinin rəqəmsal qrup rəhbəri Müşfiq Şirəliyev, “LTC Lab” şirkətinin marketinq direktoru Mirnadir Seyidzadə, “Sab Azərbaycan” şirkətinin marketinq direktoru Özalə Əliyeva və “Başkent” Restoranlar Şəbəkəsinin marketinq direktoru Ramin Fərəcullayev spiker qismində çıxış edəcəklər.
Qeyd edək ki, tədbir 28 iyun online formatda “Event Magix” beynəlxalq platformasının vasitəsilə baş tutacaq.
Milli Marketinq Forumuna bilet əldə etmək və tədbirlə bağlı ətraflı məlumat əldə etmək üçün forumun rəsmi saytına (https://millimarketinqforumu.az/) keçid edə və sosial media hesablarımızı izləyə bilərsiniz.
Facebook: https://www.facebook.com/MilliMarketinqForumu
İnstaqram: https://www.instagram.com/milli_marketinq_forumu/
Linkedln: https://www.linkedin.com/company/milli-marketinq-forumu/
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 10 d. əvvəl
-
-
43 d. əvvəl
AccessBank-ın 2026-cı ilin 1-ci rübü üzrə maliyyə vəziyyəti açıqlandı
- 1 saat əvvəl
-
2 saat əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
2 saat əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
2 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
2 saat əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
2 saat əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Aprelin 15-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib















.jpg)







