"AmCham Azərbaycan"ın Direktorlar Şurası yenidən formalaşdırılıb - ADLAR
Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham Azərbaycan") 2024-cü il üzrə illik Ümumi Yığıncağı keçirilib.
Ümumi Yığıncağın gündəliyində 2024-2026 dövr üçün Direktorlar Şurasının yeni üzvlərinin və Prezidentin seçilməsi olub. Direktorlar Şurasındakı mövcud 10 vakant yer uğrunda özəl sektorun 13 görkəmli nümayəndəsi mübarizə aparıb.
Anonim səsvermə prosesində cəmiyyətdə güclü işgüzar nüfuza malik olan “AmCham Azərbaycan”ın daimi üzvlərinin səlahiyyətli nümayəndələri iştirak ediblər.
Səslərin hesablanması zamanı “AmCham Azərbaycan”ın səlahiyyət müddəti bitmiş eks-prezidenti Nərgiz Nəsrullayeva-Müdüroğlu vida nitqi ilə çıxış edərək öz fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlər və təşəbbüsləri haqqında geniş təqdimatla çıxış edib.
Səsvermə nəticəsində Direktorlar Şurasının yeni tərkibi aşağıdakı heyətdə formalaşmışdır:
Dəyanət Sadullayev, PAŞA Holding
Rəna Məmmədova, Coca-Cola Azərbaycan
Zaur Qurbanov, SOCAR
Zaur Allahverdizadə, Baker Hughes Services-in Azərbaycan və Gürcüstandakı nümayəndəliyi
İmran Əhmədzadə, NEQSOL Holding
Kənan Tabasaransky, Smart Solutions Group
Kamil Vəliyev, Dentons
Oskar Bogopolskiy, McDonald's Azerbaijan
Nuran Kərimov, Deloitte Azərbaycan
Babək H. Ağayev, PROSOL şirkəti
Vakant yerlər doldurulduqdan sonra, Yığıncağın gündəliyində yeni prezidentin seçilməsi dururdu. Səsvermə nəticəsində bu vəzifəyə “Paşa Holding”in aparat rəhbəri Dəyanət Sədullayev yekdilliklə təyin olunub.
İclas AmChamın icraçı direktoru Gülnarə Aslanbəylinin çıxışı ilə yekunlaşıb. O, yeni təyin olunmuş prezidentə və İdarə Heyətinin üzvlərinə ən xoş arzularını çatdırıb.
Qeyd edək ki, “AmCham Azərbaycan” xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən qeyri-kommersiya əsaslı aparıcı ticarət-sənaye assosiasiyasıdır. Palata 1996-cı ildən ölkədə fəaliyyət göstərir və hazırda ölkədəki xarici investisiyaların 80%-dən çoxunu təmsil edən 260 üzv şirkəti özündə birləşdirir. “AmCham Azərbaycan” hökumətlə özəl sektor arasında körpü rolunu oynayır və müvafiq dövlət qurumları ilə davamlı konstruktiv və nəticəyönümlü dialoq aparır. Ölkənin ən böyük və ən nüfuzlu təşkilatlarından biri olan “AmCham Azərbaycan” palata üzvlərinin biznes maraqlarını təşviq edir və Azərbaycanda biznes mühitinin yaxşılaşdırılmasına töhfə verir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 8 saat sonra
-
-
8 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
9 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
9 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
9 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
10 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 10 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb

























