Çindən Azərbaycana yükləri 6 günə daşıyan şirkətin adı məlum oldu
Yerli avto nəqliyyat daşıyıcsı - “Narçın Transport”dan növbəti uğur! Turan yolu ilə ilk daşıma.Respublikada ilk dəfə olaraq Çindən Azərbaycana yüklərin yerli avtomobil nəqliyyatı vasitəsilə daşınması həyata keçirilib.
Belə ki, soyuducu və kondisionerlərlə yüklənmiş 2 ədəd yerli yük nəqliyyat vasitəsi cari ilin 20 iyun tarixində Çin Xalq Respublikasından yola düşmüş və 6 gündən sonra Azərbaycana çatmışdır.
Həmin yük daşımanı həyata keçirmiş “Narçın Transport” MMC’in (www.narchin.az) direktoru Mahmud Namazov bu daşımanı yerli daşıyıcıların Turan yolu ilə ilk daşıması olduğunu vurğulamış və qeyd etmişdir ki, bu uğur Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasındakı iqtisadi və ticari əməkdaşlığın yeni bir səviyəyə yüksələcəyinə və yerli yük daşıyıcıların coğrafi miqyasının genişlənməsinə töhvə verəcəkdir.
Xəbər verdiyimiz kimi, Azərbaycan yük avtomobilləri ilk dəfə birbaşa olaraq Çindən Azərbaycana yük gətirib. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən verilən məlumata əsasən, Çinin Alaşankau şəhərindən yola düşən avtomobillər Çin – Qazaxıstan – Rusiya – Azərbaycan marşrutu üzrə hərəkət etməklə cəmi 6 günə Bakıya çatıb.
Qeyd edilib ki, əvvəllər Çin və Azərbaycan arasında avtomobil nəqliyyatı ilə birbaşa daşımalar həyata keçirilmirdi. Yüklərin daşınması, əsasən, qonşu ölkələrin ərazilərində, bir ölkənin nəqliyyat vasitəsindən digər ölkənin nəqliyyat vasitəsinə yüklənmə yolu ilə həyata keçirilirdi. İlk dəfədir ki, Azərbaycan daşıyıcıları birbaşa Çindən yükləri götürərək daşıma həyata keçiriblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
14 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir











.jpg)





.jpg)


